İtaliyanın baş naziri Meloni İsrailin Qəzzada katolik kilsəsinə hücumuna sərt reaksiya verib.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Qəzzada katolik kilsəsi İsrailin hava hücumu nəticəsində vurulub. İtaliyanın baş naziri Meloni, "Mülki insanlara qarşı bu hücumlar qəbuledilməzdir" deyərək İsraili qınayıb.
Hücum nəticəsində 2 qadının öldüyü, 6 nəfərin isə ağır yaralandığı bildirilir.
Gülay