"Kurtlar Vadisi Pusu" serialındakı "Memati" obrazı ilə məşhurlaşmış aktyor Gürkan Uyğun dünən İstanbuldakı Gezi Parkına gedərək etiraz aksiyası keçirənlərə dəstək verib.
AZXEBER.COM xəbər verir ki, milyonlarla insanın "Memati Baş" kimi tanıdığı aktyor aksiya iştirakçıları üçün hazırlanmış ərzaq və paltar çuvallarını daşıyıb. "Kurtlar Vadisi Pusu" serialında "Polat Aləmdar" rolunu oynamış aktyor Necati Şaşmaz isə Gezi Parkı olaylarını pisləyərək baş nazir Rəcəb Tayyib Ərdoğanla görüşmüş, aksiya iştirakçılarını tənqid etmişdi. /milli.az/