Məmmədyarov Qazaxıstanın yeni səfirini qəbul etdi - Foto

Məmmədyarov Qazaxıstanın yeni səfirini qəbul etdi - Foto
SİYASƏT
19:03 07.10.2019
8887

Xarici İşlər naziri Elmar Məmmədyarov Qazaxıstan Respublikasının Azərbaycan Respublikasına yeni təyin olunan səfiri Serjan Abdıkarimovu qəbul edib.

AZXZEBER.COM  xəbər verir ki, Məmmədyarov Serjan Abdıkarimovu səfir təyin olunması münasibətilə təbrik edib və Qazaxıstan səfirinə diplomatik fəaliyyətində uğurlar arzulayıb.

Görüşdə tərəflər ölkələr arasında iqtisadi və ticarət sahələrinin daha da inkişaf etdirilməsinin əhəmiyyətini vurğuladılar.

Səfir Serjan Abdıkarimov iki ölkənin birgə həyata keçirdiyi layihələrinin uğurundan bəhs edərək, bu istiqamətdə fəaliyyətin davam etdiriləcəyini bildirdi.

Məmmədyarov Qazaxıstan tərəfinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə dair beynəlxalq təşkilatlarda nümayiş etdirdiyi prinsipial mövqeyə, ölkəmizin suverenliyi və ərazi bötövlüyünün daimi dəstəyinə görə təşəkkür ifadə edib.

Abdıkarimov etimadnaməsinin surətini nazir Elmar Məmmədyarova təqdim edib.




OXŞAR XƏBƏRLƏR