Məmmədyarov Vyanada danışıqlarda – FOTO

Məmmədyarov Vyanada danışıqlarda – FOTO
SİYASƏT
20:52 06.12.2017
1099
Vyanada Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşü başlayıb.
 
AZXEBER.COM-un məlumatına görə, bu barədə XİN-in mətbuat katibi Hikmət Hacıyev öz "Twitter” səhifəsində yazıb.
 
H. Hacıyev əlavə edib ki, Azərbaycan ATƏT-in Minsk qrupu həmsədrləri ilə Dağlıq Qarabağ münaqişəsinin tezliklə həll edilməsi substantiv danışıqları davam etdirəcək.
 
Qeyd edək ki, səfər çərçivəsində E. Məmmədyarov Ermənistanın xarici işlər naziri ilə görüşəcək, həmçinin 7-8 dekabr tarixlərində keçiriləcək ATƏT-in Nazirlər Şurasının 24-cü iclasında iştirak edəcək.
 


OXŞAR XƏBƏRLƏR