Məmur porno-qalmaqala görə saxlandı

DÜNYA
14:24 13.05.2013
2323

Gürcüstan daxili işlər nazirinin birinci müavini Gela Xvedelidze jurnalist Georgi Paresaşvilinin şəxsi həyatı ilə bağlı kadrların yayılması işi üzrə saxlanılıb.

AZXEBER.COM Novosti Qruziya”ya istinadən xəbər verir ki, bu barədə Gürcüstanın daxili işlər naziri İrakli Qaribaşvili dünən keçirilən xüsusi brifinqdə bildirib.Mayın əvvəllərində internetdə gizli kamera ilə çəkilmiş videoyazı yayılıb. Videoda ehtimala görə Georgi Paresaşvilinin intim həyatı qeydə alınıb. G.Paresaşvili mayın 4-də keçirdiyi mətbuat konfransında bildirmişdi ki, videoyazı montaj edilib və onun etibardan salınması üçün internetə yerləşdirilib.“Mayın 12-də Gürcüstan Daxili İşlər Nazirliyinin Baş Müfəttişliyi DİN rəhbərinin birinci müavini Gela Xvedelidzeni saxlayıb. İstintaqın iddiasına görə, o, şəxsi motivlər üzrə jurnalist Georgi Paresaşvilinin şəxsi həyatını əks etdirən video yazını qanunsuz olaraq internetə yerləşdirib. Saxlanılan günahını etiraf edib”, - deyə DİN-dən bildiriblər.

OXŞAR XƏBƏRLƏR