'Məmurlar bizneslə məşğul olub zəngin həyat əldə etmək istəyirlərsə, gedib məşğul olsunlar' - Deputat

11:39 25.02.2013
1351

“Deputatlar və məmurlar seçim etməlidir: onlar bizneslə məşğul olmaq, zəngin həyat əldə etmək istəyirlərsə, gedib məşğul olsunlar. Bu məhdudiyyət ölkədə maraqların toqquşmasının qarşısını almaq üçün müəyyənləşib.”

Bu sözləri AZXEBER.COM-a verdiyi açıqlamada millət vəkili Asim Mollazadə deyib.

O bildirib ki, Azərbaycanda deputat və məmurların bizneslə məşğul olmasının qadağan edilməsi məntiqəuyğundu: “Azərbaycan qanunvericiliyində deputatların və məmurların sahibkarlıq fəliyyəti ilə məşğul olması qadağandır. Bunu qəbul edərkən maraqların konfliktinin qarşısının alınması nəzərə alınıb. Hansısa bizneslə məşğul olan məmur öz təbii olan biznes maraqlarını vəzifəsindən üstün tuta bilər. Ona görə də bu, qəbuledilməzdir. Qaldı ki onların cinayət məsuliyyətinə cəlb edilməsi variantına, fikrimcə, bundan əvvəl ciddi araşdırma olmalıdır. Hamının qarşısında seçim qoyulmalıdı, ya bizneslə məşğul olun, ya da məmur və ya millət vəkili fəaliyyəti ilə. Bunun üçün də müvafiq araşdırmalar aparmaq elə də çətin deyil. Zənnimcə, Azərbaycan qanunvericiliyində deputat və məmurların statusu ilə bağlı olan bu məqamlara riayət etmək üçün sadəcə siyasi iradə lazımdı.”

Qeyd edək ki, Milli Məclisin deputatı, Ədalət Partiyasının sədri İlyas İsmayılov Azərbaycanda bizneslə məşğul olan məmurların və deputatların cinayət məsuliyyətinə cəlb olunması ilə bağlı Cinayət Məcəlləsinə düzəlişlər təklif etmiş, ancaq təşəbbüsü geri çevrilmişdi. 

Ceyhun

OXŞAR XƏBƏRLƏR