"Mən 2020-dəki səhvləri təkrarlamağa hazır deyiləm" - Paşinyan

"Mən 2020-dəki səhvləri təkrarlamağa hazır deyiləm" - Paşinyan
DÜNYA
16:17 14.04.2022
675
Qarabağdakı ağır məğlubiyyətdən sonra siyasi xaosdan çıxa bilməyən Ermənistan sülh sazişləri üçün hərəkətə keçib.
 
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, Ermənistanın Baş naziri Paşinyan Ermənistan partlamentinə müraciət edərək sülh sazişi imzalamalı olduqlarını deyib.
 
"Azərbaycanla tezliklə sülh sazişi imzalamalıyıq. Bu addımı atmasaq, yeni müharibə başlayacaq və beynəlxalq ictimaiyyət bizə kömək etməyəcək. Mən 2020-dəki səhvləri təkrarlamağa hazır deyiləm”, deyə Paşinyan bildirib.
 
Nikol Paşinyan Azərbaycanın irəli sürdüyü təkliflərdə qəbuledilməz heç nəyin olmadığını deyib.
 
Türkiyə ilə normallaşma prosesinə də toxunan Paşinyan bildirib ki, Türkiyə ilə danışıqlarda durğunluq yaşanmaması üçün əllərindən gələni etməlidirlər: "Başa düşürük ki, prosesin nəticələri o qədər də sürətli olmaya bilər və bunu beynəlxalq tərəfdaşlarımıza deyirik. Sürətli nəticələr olmasa, tənəzzül təhlükəsi var. Beynəlxalq tərəfdaşlarımız Türkiyə-Ermənistan əlaqələrinin normallaşmasını tam dəstəkləyir”.
 
Aydın
OXŞAR XƏBƏRLƏR