“Mən Avstriya İnkişaf Bankını yaratmışam və 10 il bu banka rəhbərlik etmişəm.“ - “AccessBank“ın Müşahidə Şurasının üzvü

“Mən Avstriya İnkişaf Bankını yaratmışam və 10 il bu banka rəhbərlik etmişəm.“ - “AccessBank“ın Müşahidə Şurasının üzvü
İQTİSADİYYAT
17:30 08.06.2020
1394
Andrea Haqmann Vyana İqtisadiyyat və İşgüzar İnzibatçılıq Universitetində kommersiya elmləri üzrə magistr dərəcəsi alıb və maliyyə xidmətləri sahəsində 25 ildən artıq iş təcrübəsinə malikdir. Hazırda o, Cənub-Şərqi Avropa üzrə Avropa Fondunun İnvestisiya Komitəsinin və Direktorlar Şurasının (2019-cu ildən), həmçinin mikro, kiçik və orta sahibkarlıq üzrə SANAD Fondunun (Yaxın Şərq və Şimali Afrika) Direktorlar Şurasının üzvüdür (2017-ci ildən). Xanım Haqmann 2019-cu il dekabr ayından etibarən "AccessBank"ın Müşahidə Şurasının üzvüdür.

- Bir neçə il bundan əvvəl Azərbaycan hökuməti iqtisadiyyatın qeyri-neft sektorunun inkişafı və diversifikasiyası yolu ilə getməyi qərara alıb. Hökumət ölkədə xüsusilə kiçik və orta sahibkarlığın inkişafına diqqət yetirib. Kiçik və orta biznes sektoruna xidmət göstərən "AccessBank”ın rolunu necə görürsünüz?

Azərbaycanda iqtisadi artımın əsas mənbəyi, əvvəlki kimi, neft-qaz sektorudur. Son illərdə hökumətin diqqətinin iqtisadiyyatın diversifikasiyasında cəmlənməsinə baxmayaraq, neftin qiymətinin aşağı düşməsi ilə müşayiət olunan pandemiya iqtisadiyyatın nə dərəcədə həssas olduğunu göstərdi.

Mən əslən avstriyalıyam – bu ölkədə mikro, kiçik və orta bizneslər iqtisadiyyatın hərəkətverici qüvvəsi hesab olunur. Buna görə də mən kiçik sahibkarlığın ölkə iqtisadiyyatına gətirə biləcəyi üstünlüklərdən xəbərdaram. O, iş yerlərinin yaradılmasına, gəlirlərin formalaşdırılmasına kömək edir və ən nəhayət, yoxsulluq səviyyəsini aşağı salır. Kiçik sahibkarlıq böhran vəziyyətlərində iqtisadiyyatı sabitləşdirməyə şərait yaradır. Amma əlbəttə ki, iqtisadiyyatın bütün digər sektorları kimi, kiçik sahibkarlıq da koronavirus kimi gözlənilməz vəziyyətlərdən sığortalanmayıb.

Bank sektoru xüsusiləşdirilmiş maliyyə məhsulları təqdim etməklə sağlam və sabit kiçik sahibkarlıq sektorunun inkişafının dəstəklənməsində həlledici rol oynayır. "AccessBank”ın da rolunu mən məhz bunda görürəm. Bankın kollektivi, fərdi xidmətlərə və maliyyə dəstəyinə ehtiyacı olan kiçik müəssisələrə xidmət göstərilməsi üzrə çoxillik təcrübəyə və dərin biliklərə malikdir. Mən hələ 10 il əvvəl, Avstriya İnkişaf Bankının İdarə Heyətinin üzvü olduğum vaxtlardan "AccessBank”ın fəaliyyəti ilə tanışam. 2017-ci ildə bu vəzifəni tərk etdikdən sonra məni "AccessBank”ın Müşahidə Şurasına dəvət etdilər və mən bu təklifi böyük məmnuniyyətlə qəbul etdim. "AccessBank”da çalışan insanların təcrübəsini və onların kiçik müəssisələrə göstərdikləri zəruri xidmətləri yüksək qiymətləndirirəm. Əminəm ki, "AccessBank” yaranmış vəziyyətin öhdəsindən uğurla gələcək, öz mövqelərini möhkəmlədəcək və Azərbaycanda kiçik biznes üçün ən etibarlı tərəfdaş kimi mühüm rol oynamaqda davam edəcək.

- "AccessBank”ın Müşahidə Şurasının üzvü vəzifəsində öz gələcək fəaliyyətinizi necə görürsünüz?

Mən Avstriya İnkişaf Bankını yaratmışam və 10 il bu banka rəhbərlik etmişəm. Bu dövrdə bütün dünyada kiçik və orta sahibkarlığın maliyyələşdirilməsi sahəsində ixtisaslaşmış bir çox banklara maliyyə dəstəyi göstərmişik. Biz bankı 2008-ci ildə, yəni ümumdünya maliyyə böhranı ilində təsis etmişik – mənim bu böhranı adlamaq təcrübəm var və mən bu təcrübəni bölüşməyə hazıram. Hazırda kiçik və orta sahibkarlığın inkişafı üzrə müxtəlif fondların direktorlar şurasının üzvüyəm və bu, mənim cari vəziyyətdən və sektordakı yeniliklərdən xəbərdar olmağıma imkan verir.

"AccessBank”ın Müşahidə Şurasında hazırda yeganə qadın olmağımla fəxr edirəm. Bu, gözəl xanımların rəhbər vəzifələrdə çalışdıqları bankda mövcud olan gender tarazlaşdırıcı kadr siyasətinin daha da güclənməsinin göstəricisidir. Mən əminəm ki, çətin zamanlarda təşkilatların sabit olmaları üçün hər iki cinsin nümayəndələrindən olan peşəkarların əməkdaşlığı, onların bacarıq və təcrübələrinin bir araya gətirilməsi çox vacibdir. Məhz bu cür vaxtlarda tarazlaşdırılmış kadr siyasəti mühüm rol oynayır – o, çətinlikləri asanlıqla dəf etməyə kömək edir.

-"AccessBank” Azərbaycanda yeganə bankdır ki, sosial məsuliyyət və ətraf mühitin mühafizəsi onun üçün əsas dəyərlərdən biridir. Məsuliyyətli maliyyələşdirmənin və yaşıl iqtisadiyyatın irəli çəkilməsində bankın rolunu nədə görürsünüz?

Məsuliyyətli maliyyələşdirmə və yaşıl iqtisadiyyat sabit maliyyələşdirmə sektorunun mühüm elementləridir. "AccessBank” üçün məsuliyyətli maliyyələşdirmə biznesin bir hissəsidir. Banklar və müştərilər arasındakı mükəmməl və etibarlı əməkdaşlıq, mövcud şərtlərin şəffaf və aydın olmasını nəzərdə tutur. Bu, sabit və uzunmüddətli tərəfdaşlığın əsasıdır. Bu gün "AccessBank” etibarlı tərəfdaş hesab olunur və bütün dünyada iqtisadi fəallığın zəiflədiyi dövrdə onun mövcudluğu həlledici əhəmiyyətə malikdir.

Son illər biz bütün dünyada ekoloji vəziyyətin nə dərəcədə kövrək olduğunu müşahidə edirik. Yaşıl iqtisadiyyatın inkişafı yönümündə aparılan işlər və ətraf mühitin yaxşılaşdırılmasının dəstəklənməsi "AccessBank”ın korporativ dəyərlərinin əsasını təşkil edir. Mən "AccessBank”ın Azərbaycanda yaşıl iqtisadiyyatın irəli çəkilməsində lider olmaq səyini dəstəkləyirəm.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Fənərbağça" və "Qalatasaray" "Bavariya"nın futbolçusu ilə maraqlanır
19:11 02.07.2025
"Fənərbağça" və "Qalatasaray" "Bavariya"nın futbolçusu ilə maraqlanır
"Qaynana" və digər 4 restoran cərimələndi
18:53 02.07.2025
"Qaynana" və digər 4 restoran cərimələndi
Rusiya ordusu Ukrayna hərbi müəssisəsini vurub
18:41 02.07.2025
Rusiya ordusu Ukrayna hərbi müəssisəsini vurub
Kənd Təsərrüfatı Nazirliyinin sabiq vəzifəli şəxsləri 77 min manat rüşvət alıblar
18:37 02.07.2025
Kənd Təsərrüfatı Nazirliyinin sabiq vəzifəli şəxsləri 77 min manat rüşvət alıblar
Valideyn ərizəsi olmadan X sinfə keçmək mümkün deyil? - Rəsmi AÇIQLAMA
18:29 02.07.2025
Valideyn ərizəsi olmadan X sinfə keçmək mümkün deyil? - Rəsmi AÇIQLAMA
Köçkünlərin yaşadığı 185 mənzil əsl sahiblərinə qaytarıldı - RƏSMİ
18:11 02.07.2025
Köçkünlərin yaşadığı 185 mənzil əsl sahiblərinə qaytarıldı - RƏSMİ
"Rusiyada AZAL-ın təyyarəsinin vurulması ilə bağlı Azərbaycana qarşı dezinformasiyanın aparılması yolverilməzdir"
18:00 02.07.2025
"Rusiyada AZAL-ın təyyarəsinin vurulması ilə bağlı Azərbaycana qarşı dezinformasiyanın aparılması yolverilməzdir"
İlham Əliyev: Azərbaycan və Özbəkistan artıq bir ilə yaxındır ki, rəsmi müttəfiqlərdir
17:57 02.07.2025
İlham Əliyev: Azərbaycan və Özbəkistan artıq bir ilə yaxındır ki, rəsmi müttəfiqlərdir
Azərbaycanda şəxsiyyət vəsiqəsinin forması və üzərində olan məlumatların dairəsi dəyişir
17:46 02.07.2025
Azərbaycanda şəxsiyyət vəsiqəsinin forması və üzərində olan məlumatların dairəsi dəyişir
XİN: Azərbaycan Rusiya tərəfindən günahkarların cəzalandırılacağını gözləyir
17:36 02.07.2025
XİN: Azərbaycan Rusiya tərəfindən günahkarların cəzalandırılacağını gözləyir
Aşurada bu ünvanlarda qan vermək mümkün olacaq - Siyahı
17:35 02.07.2025
Aşurada bu ünvanlarda qan vermək mümkün olacaq - Siyahı
Üç şəhid Kəlbəcərdə dəfn olunacaq
17:30 02.07.2025
Üç şəhid Kəlbəcərdə dəfn olunacaq
Bir ekosistem ölkənin ən böyük e-ticarət platforması Birmarket ilə daha da güclənir
17:25 02.07.2025
Bir ekosistem ölkənin ən böyük e-ticarət platforması Birmarket ilə daha da güclənir
Rusiya səfiri Azərbaycan XİN-ə çağırıldı
17:10 02.07.2025
Rusiya səfiri Azərbaycan XİN-ə çağırıldı
Ersin Tatar: Prezident İlham Əliyevin dəstəyini hər zaman hiss etmişik
16:46 02.07.2025
Ersin Tatar: Prezident İlham Əliyevin dəstəyini hər zaman hiss etmişik
Azərbaycan və Özbəkistan Prezidentləri mətbuata bəyanatlarla çıxış edir
16:42 02.07.2025
Azərbaycan və Özbəkistan Prezidentləri mətbuata bəyanatlarla çıxış edir