"Mən başa düşmürəm ki, nə üçün Nurəddin Mehdixanlı bu sözləri deyib"

MARAQLI
09:55 08.10.2011
1919

Bir müddət əvvəl Akademik Milli Dram Teatrının direktoruİsrafil İsrafilovun tamaşada sərxoş vəziyyətdə iştirak etdiyinə görə şiddətli töhmətlə cəzalandırdığı xalq artisti Nurəddin Mehdixanlıdirektoru onu xalq artisti Ramiz Novruzovla üz-üzə qoymaqda ittiham etmişdi. Məsələyə münasibət bildirən R.Novruzov əvvəlcə buna cavab vermək istəmədi: "Mən başa düşmürəm ki, nə üçün Nurəddin Mehdixanlı bu sözləri deyib. Mən onunla 30-40 ilin dostuyam və inanmıram ki, İsrafil İsrafilov bu iki dostu üz-üzə qoysun. Ümumiyyətlə, mənim tanıdığım İsrafil İsrafilov belə işlərdən uzaq adamdır. Onunla Nurəddinin arasında nə olduğunu da bilmirəm. Ona görə də, məni bu məsələyə qatmayın". N.Mehdixanlının öz müsahibəsində məhz onun adını çəkdiyini R.Novruzova xatırlatdıqda isə cavabı qısa oldu: "Nurəddindir də, ola bilsin, emosional vəziyyətdə olub, bunu ona bağışlamaq olar. Bu saat bir yerdə məşq edirik. Və aramızda heç bir soyuqluq da yoxdur. Axı, mən 30-35 illlik dostumla nə üçün qarşı-qarşıya dayanmalıyam".

OXŞAR XƏBƏRLƏR