“Mən başlayanda özümə bir söz vermişdim” – Xalq artisti Röya

“Mən başlayanda özümə bir söz vermişdim” – Xalq artisti Röya
MAQAZİN
12:21 02.06.2025
273
Xalq artisti Röya dizayner Aynur Xəlilovanın yutub platformasında yayımlanan "Hərşeyşünas” podkastına qonaq olub.

AZXEBER.COM xəbər verir ki,  Müğənni veriliş zamanı həyat yolu, çətinlikləri və uğura aparan mübarizəsindən danışıb.
 
"Başlayanda özüm-özümə bir söz vermişəm: "Sən çox böyük müğənni olacaqsan, sən çox yüksəyə qalxacaqsan. Sənin bütün ailən, qohumların səninlə fəxr edəcək”– deyə Röya bildirib.

O, ailəsinin və ətrafının əvvəlcə ona inam göstərmədiyini vurğulayıb:
 
"Məni qoymayan, sıxan ətrafım vardı. Anam harada olsam, xəbər verirdi atama, döyülürdüm. Deyirdilər ki, biz çox kasıbıq, sən heç nə edə bilməzsən. Biz sənin arxanda dura bilməyəcəyik”.

Müğənni vurğulayıb ki, bu səbəbdən heç kimlə rəqabət aparmır:
 
"Bu dünyada, bu ölkədə mənə heç kəs maraqlı deyil. Mən heç kimlə rəqabət aparmıram, mən özüm-özümlə rəqabət aparıram. Mən bu şou-biznesə, estradaya yeni yol gətirdim, cığır saldım. Kimsənin mahnısı kimi mahnı alıb oxumadım”.

Geyim üslubuna və tənqidlərə də toxunan Röya bunları qeyd edib:
 
"Bəlkə hansısa dükandan eyni geyim ola bilər. Amma biri nəsə deyəndə bu barədə çox gülməyim gəlir. Mən doğrudan da təkrar deyiləm. Sadəcə hamı inanmadığı halda deyirdi ki, "qara qız” bu nə gündədir? Bu gəlib keçə bilər? Sonra ayıldılar ki, nə danışırsan e? Bu  nəyin ki, keçmək, bilirsən haradadır?!”


OXŞAR XƏBƏRLƏR