“Mən bəyəm türmədən,polsdən adam çıxaranam?”

SOSİAL
12:26 16.05.2016
1528
Ağadadaş Ağayev: “İlhamə Quliyeva kimi nüfuzlu adam dura-dura onun oğlunu mən niyə qurtarmalıydım?”
Əli Mirəliyev mərhum xalq artisti İlhamə Quliyevanın oğlu Orxanla bağlı növbəti səs-küy yaradan açıqlama verib. Müğənni iddia edir ki, Xalq artisti Ağadadaş Ağayev olmasaydı, Orxan tutulmuşdu.
Əli Mirəliyev açıqlamasında qeyd edib ki, Orxan onun gözünü məhkəmə ilə qorxutmasın. Mirəliyev bildirib ki, sonuncu dəfə Orxan Nadirovun azad olunması üçün İlhamə Quliyeva həmkarı Ağadadaş Ağayevdən xahiş edib: "Bu adam İlhamə xanımla hansı deputatın, məmurun evinə gedibsə, hamı elə bilib ki, bu, oğludur. Ona görə inanıblar. Axırıncı dəfə Orxanla Vüqarı Binəqədi polisi saxlayanda, bildiyimə görə, İmişlidən kiməsə pul atmışdılar. Rəhmətlik zəng vurub Ağadadaş Ağayevə deyib ki, onların azad olunmasına kömək etsin. Ağadadaş da zəng vurub buraxdırıb. Bu adam peşəkar dələduzdur, uşaqlığında İlhamənin evindən nə qədər şeylər oğurlayıb. Hamısını özü mənə danışırdı. Heç yerdə işləmir, hardan qazanır, hardan xərcləyir”.
Əli Mirəliyevin növbəti iddiasını aydınlaşdırmaq üçün Xalq artisti Ağadadaş Ağayevlə əlaqə yaratdıq.
"Şərq”ə eksklüziv açıqlama verən Ağadadaş Ağayev "İnanın, bu söz-söhbətdən qətiyyən xəbərim yoxdur. Kim mənim adımı belə məntiqsiz söhbətdə hallandırır. Bu nə deməkdi ki?” deyə hiddətləndi. "Mən bütün sənət dostlarıma hörmət edirəm. Amma heç kimə icazə vermərəm ki, mənim adımdan yalan deyilsin, adımı həqiqəti olmayan söz-söhbətdə hallandırsın. Əli Mirəliyev səhv edib mənim adımı hallandırır. Onun dediyi həqiqətdən çox uzaqdır. Əvvəla, İlhamə xanıma həmişə böyük sənətkar olaraq hörmətimiz olub. İlhamə xanım məndən də statuslu nüfuzlu sənətkar olub. O sağ ola ola, mən kim idim ki, onun oğluna görə harasa, kiməsə ağız açım? Mən bəyəm türmədən, polisdən adam çıxaranam? Bu nə məntiqsiz yanaşmadır? Əgər İlhamə xanımın oğlu çətin durumda olsaydı, onun mənim köməyimə ehtiyacı olmazdı. İlhamə xanım heç kimə ehtiyacı olmadan da məsələni həll edə bilərdi. İlhamə Quliyeva Azərbaycanın ən nüfuzlu, statuslu sənətkarı idi. Onun Ağadaş Ağayevin köməyinə də ehtiyacı yox idi. Əli Mirəliyev öz yerinə danışa bilər. Mənim adımdan söz danışmağa haqqı çatmır. Mənim yaxın dostlarım İlhamə xanım sağ olanda onun telefon nömrəsini istədilər, mən ondan icazə almadan nömrə vermədim. İlhamə xanım özünə hörmət edən sənətkar idi. Sağ ikən heç kimin cəsarəti çatmırdı ki, onun barədə nəsə desin. Bu gün də onun ruhuna hörmət edin. Ayıbdı. Mən illərlə onu sənətdə tanımışam, yanında da oğlu kimi təqdim etdiyi Orxanı görmüşəm. Hələ uşaq yaşlarından onun yanında bu cavan uşağı görmüşəm. İndi kimin o uşaqla davası varsa, mənim adımı hallandırmasın. Mən Orxana görə heç bir polisə, məhkəmə nümayəndəsinə ağız açmamışam. Mənim adımı belə çirkin yalanlarda hallandırmasınlar. Mən kiməm ki, polisdən, məhkəmədən adam azad edim? Gülməli və absurtdu. Özününz də düşünün, məntiqə uyğundurmu? İlhamə xanım məndən nüfuzda böyük sənətkar olub. Onun mənim köməyimə ehtiyacı ola bilərdi?”

OXŞAR XƏBƏRLƏR