“Rusiyasinın siyasi elitası səviyyəsində azərbaycanlılara qarşı qəzəb mövcuddur”
Bunu AZXEBER.COM-a açıqlamasında politoloq Qabil Hüseynli söyləyib.Politoloqun fikrincə, Rusiyada Orxan Zeynalovun törətdiyi cinayətdən sonra miqrantlara qarşı başladılan təzyiqlər ssenarinin bir parçasıdır:
“Siyasi liderlərin də bu hadisəyə müdaxiləsi, məni bir daha bu hadisənin ssenari olduğuna əmin etdi. Ruslar bu hadisədən Azərbaycana qarşı yeni təzyiq vasitəsi kimi istifadə etmək istəyirlər. Bu da onu göstərir ki, Rusiyasinın siyasi elitası səviyyəsində azərbaycanlılara qarşı qəzəb mövcuddur. Birbaşa Daxili İşlər Nazirinin Orxan Zeynalovla görüşməsi, bir sıra şübhəli məqamların olduğunu göstərdi. Çox təəssüf edirəm ki, Rusiya kimi bir dövlət Moskvanın bütün ərzaq təminatını həyata keçirən azərbaycanlılara qarşı belə bir mövqeyə sahibdir”.
Xatırladaq ki, Moskvanın Qərbi Biryulevo rayonunda 25 yaşlı Yeqor Şerbakovu qətləyetirən əslən Şəmkir rayonundan olanAzərbaycan vətəndaşı Orxan Zeynalov saxlanılaraq istintaqa təhvil verilib.
AZXEBER.COM