"Mən buradayam, sizə cavab verirəm!” - İlham Əliyevdən Sarkisyana sərt ismarıc

SİYASƏT
12:04 25.04.2014
3023
“Bilirsiniz ki, Türkiyə burada təmsil olunmur, istifadə edirsiniz. Amma mən buradayam, sizə cavab verirəm!”
 Ermənistan prezidenti Serj Sarkisyan Praqada keçirilən “Şərq Tərəfdaşlığı” sammitində çıxışı zamanı Türkiyənin ünvanına ittihamlar səsləndirib.
AZXEBER.COM-un məlumatına görə, bu barədə Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri  Novruz Məmmədov “Twitter” səhifəsində yazıb.
“Sarkisyan bütün çıxışını qondarma soyqırımla bağlı sərsəm mülahizələri ilə Türkiyəyə hücuma həsr etdi. Azərbaycan Prezidenti İlham Əliyev isə Sarkisyana Türkiyənin tədbirdə iştirak etməməsindən istifadə etdiyini deyib, “Bilirsiniz ki, Türkiyə burada təmsil olunmur, istifadə edirsiniz. Amma mən buradayam, sizə cavab verirəm!” söylədi”, deyə N. Məmmədov qeyd edib.

OXŞAR XƏBƏRLƏR