‘Mən də deputat həmkarımdan yerimə səs verməsini xahiş etmişəm’ - Fazil Mustafa

SİYASƏT
15:04 22.04.2014
1478

“Burada heç bir qanunsuzluq yoxdur”.

Bu sözləri AZXEBER.COM-a açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa söyləyib. O, deputatların Milli Məclisin iclaslarında bir-birinin yerinə səs verməsinin normal olduğunu deyib:

“Əgər deputat səsvermə zamanı harasa çıxırsa o zaman yanındakı həmkarına onun yerinə səs verməsi ilə bağlı xahiş edə bilər. Burada heç bir qanunsuzluq yoxdur. Elə bir qanun da yoxdur ki, deputatların bir-birinin yerinə səs verməsini qadağan eləsin. Amm Milli Məclisin hansısa bir işçisinin deputatın yerinə səs verməsi yolverilməzdir və bu məsələ öz həllin tapmalıdır.”

F.Mustafa özünün də Milli Məclisin iclasları zamanı yanındakı deputat həmkarından onun yerinə səs verməsini xahiş etdiyinisöyləyib:

“Bəli, iclaslarda mən də deputat həmkarımdan yerimə səs verməsini xahiş etmişəm. Deputat həmkarım da məndən onun yerinə səs verməyimi xahiş edib”.

Qeyd edək ki, Azərbaycan Milli Məclisinin iclaslarında bir deputatın digər həmkarlarının yerinə səs verməsi halları tez-tez müşahidə olunur. Bu azmış kimi hətta, bəzən parlamentin deputat olmayan bəzi işçiləri də millət vəkilinin yerinə səs verirlər.

Xatırladaq ki, parlamentin aprelin 18-də keçirlmiş son iclası bu baxımdan xüsusilə yadda qalıb. Bəzi qanun layihələrinin səsverməsi zamanı zalda yetərsayı yetərli etmək üçün Milil Məclisin operatoru Akif adlı şəxs bəzi deputatların yerinə səs verib.

Əfsələddin Ağalarov

OXŞAR XƏBƏRLƏR