"Mən dələduz deyiləm" - Gülər Əhmədova

SİYASƏT
13:03 02.12.2013
1346

Sabiq millət vəkili məhkəmə prosesində günahsız olduğunu və prezidentə müraciət edəcəyini bildirib

Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə olan sabiq deputat Gülər Əhmədovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.Gülər Əhmədova məhkəmədə prezidentə müraciət edəcəyini və günahsız olduğunu deyib: "Prezidentə müraci edəcəyəm. Mən günsahsızam, dələduz deyiləm! Xahiş edirəm, bu iş araşdırılsın. Mən Heydər Əliyev kursuna sadiqəm. Xahiş edirəm, mənə qarşı mərhəmətli olasınız.Məhkəmə prosesində sabiq millət vəkili bildirib ki, ona hökm oxunacağını, həbsxanada qalacağını və güllələnəcəyini deyiblər. Məhkəmədən ədalətli olmağı xahiş edən Gülər Əhmədova həmçinin ailə üzvlərinin və özünün səhhətini nəzərə almağı istəyib.Hazırda məhkəmədə fasilə elan edilib. Gülər Əhmədova ilə bağlı hökm saat 15:00-da oxunacaq.Qeyd edək ki, ötən həfə keçirilən məhkəmə prossesi zamanı sabiq deputat G.Əhmədova son söz demək üçün özünü yaxşı hiss etmədiyini və müalicə olunmalı olduğunu deyib.Və nəticədə məhkəmə dekabrın 2-nə qədər təxirə düşüb.Xatırladaq ki, sabiq deputatın ötən həftə baş tutan məhkəmə prosesi zamanı dövlət ittihamçısı Eldar Həmzəyev, himayəsində az yaşlı uşaq olmasını və 3 dəfə millət vəkili seçilməsini əsas gətirərək, G.Əhmədova barəsində cinayət məcəllələrini ümumiləşdirilərək, ona CM-nin yüngülləşdirici 62-ci maddəsini tətbiqini və onun 4 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.G. Əhmədova, Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilir.(Anspress)

OXŞAR XƏBƏRLƏR