"Mən Ərdoğanla bu barədə danışdım, Ərdoğan isə Putinlə danışıb”

"Mən Ərdoğanla bu barədə danışdım, Ərdoğan isə Putinlə danışıb”
DÜNYA
13:42 07.04.2022
355
Zelenski Maripoldakl son durumla bağlı açıqlama verib.
 
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Ukrayna prezidenti Volodimir Zelenski yerli jurnalistlərə açıqlamasında yaralıların və ölənlərin Mariupoldan çıxarılması ilə bağlı məlumat verib.
 
Zelenski qeyd edib ki, Türkiyə Mariupoldakı yaralıları və ölənləri ərazidən çıxarmağa hazırdır, lakin bu məsələ ilə bağlı diplomatik danışıqlar davam edir:
 
"Türkiyə gəmilərlə yaralı və ölüləri Berdyanskdan daşımağa hazırdır. Onların Mariupola yaxınlaşması qeyri-mümkündür. Təhlükəsizlik məqsədilə biz buna icazə vermirik. Ölü və yaralıları Mariupol ərazisindən aparmaq üçün biz Putinin razılığını gözləyirik. Mən Ərdoğanla bu barədə danışdım, Ərdoğan isə Putinlə danışıb”.
 
Həmçinin Türkiyə Respublikasının Müdafiə Naziri Hulusi Akar Mariupolda mülki vətəndaşların və yaralıların çıxarılması üçün gəmi dəstəyi verə biləcəklərini və bu çərçivədə Rusiya və Ukrayna rəsmiləri ilə görüşdüklərini bildirib.
 
Ayşən Mirzəyeva
 

OXŞAR XƏBƏRLƏR