Mən etiraz eləyirəm, cənab yenilikçilər!

Mən etiraz eləyirəm, cənab yenilikçilər!
KÖŞƏ
18:05 10.09.2014
2261

Leyla Səfərova

Bu başdan onu deyim ki, dinamikanı sevirəm. Hər gün təzə xəbərin təşnəsiyəm. Di gəl ki, yenilikçi dəbin əndazəsindən bezmişəm. Bu yenilikçilik ona gətirib çıxarıb ki, bəziləri hətta ictimai qınaqdan qorxub, həqiqi saydığı məslələrdə belə “köhnə fikirli”, “antidemokratik” damğasından qorxub susurlar. Məncə uzun illərdən sonra da olsa, ellikcə danışmağın zamanıdı. Qoy, lap bizə kommunist desinlər, vecimə deyil. Amma hər şeyin həddi var. Son günlər yas məclislərində bəzi qadağlara yenilikçilərin etirazları yuxarıdakı cümlələri doğdu. 

Doğrudanmı, bu qədər gerizəkalı olmalısan ki, kasıbın halına yanan, milyonların ürəyindən tikan çıxaran, inzabati resursun hesabına olsa da, qızıl qaydalar yaradan qərarı rəzillikcə aşağılayasan. Bu xurma alveri deyil, bu bazar söhbəti də deyil, bu min illərdi formalaşmış, son zamanlar yeniliklər havasıynan korlanmış mənəviyyat davasıdı. Bu mənəviyyat davasına hamımız qoşulmalıyıq. Yoxsa, “reytinq” və “ip” davasına çıxanlar, evimizə daşınıb bütün dəyərlərimizi, heysiyyatımızı, hətta insanlığımızı da tapdayacaqlar. Bunun bir sonu olmalıdı... 

...Mən tabuların tərəfindəyəm. Onları qorumağın, eldən- elə, evdən-evə, nəsildən-nəsilə ötürülməsinin cəmiyyətə faydalı olduğu düşüncəsindəyəm. Yer kürəsini yeniliklər xaosu bürüdüyü zamanda mənim hansı yanda dayanamağımın elə bir əhəmiyyət kəsb etməyəcəyini billə-bilə hamınıza səslənirəm. Yalançı yenilikçi dəbbazlığınızdan əl çəkin. Hər şeyi - dəyərləri, keçmişi, gələcəyi qamçılamaqdan çəkinin. Sizin yenilikləriniz heç kimə xeyir gətirmir. Qoyun tabular qalsın. Məncə, dünyanın inkişaf qanunları bu tabular qaldıqca işləyir. İnanmırsızsa, ətrafınıza baxın, eyni vaxtda doğan və batan günəşə, qaranlıqlar gətirən gecəyə, planetləri fəzada saxlayan ilahi nizama baxın. Axı, onları milyon illərin tabularıdı, sizcə bu işarə deyil?.. 

Bəzən həqiqətlərin gözünün içinə düz baxmaq lazımdı. Dağıtmaq qurmaqdan asandı. Yerində nəyin qurulacağını bilmədən dağıtmaqsa, manqurtluqdu. Məncə bu gün yenilikçi tərəfdarlar nəyi quracaqları haqqında təsəvvürləri olmayan adamlardı. Onlar yeniliyi küçədə gördüyü cırıq şalvar geyinmiş gəncin azadlığı qədər, virtual aləmdə saxta profildə yalançı şəkil paylaşmaq qədər asan təssəvvür eləyir. Min illərdi toplumların yaratdığı tabular bu qədər rahat dəyişilməz, əzizlərim. 

Sizlər birdəfəlik bilin; toplumun dəyərlərinə etinasızlıq hamını məhv eləyəcək- övladlar savadsızlaşacaq (son illər qəbul imtahanlarında balların hər il daha da aşağı salınmasını xatırlayın), gənclər zombiləşəcək (sadəcə, avtobusda özündən yaşlıya oturmaq üçün yer verməyən qulaqcıqlı oğlanları xatırlayın), yaşlılar “mənə nə” xəstəliyinə yoluxacaq (dalanları doldurmuş domino, nərd stullarındakı bekar adamları yada salın). Bu hamısı yenilikçi dünya görüşünün cəmiyyətə sırıdığı ideolojinin nəticəsidi. Bunu inzibati yollarla nizmalamaq mümkünsüzdü. Bir yolu var: Sən, mən, o, biz, siz, onlar dəyişməməlidi. Avropaya, Amerikaya oxşamamalıdı. Özümüz olmalıyıq və bundan çəkinməməliyik. Nə qədər, kimə gəldi oxşamaq yarışına çıxacaqsız, nə qədər dəyişəcəyik, axı hamımız nənəmizin dünəndən danışdığı söhbətlər üçün həmişə darıxırıq... 

Keçmişi qorumaq, olduğu kimi saxlamaq bir dəyərdi, bu dəyərlər itəndə mərasimlərimizdən tutmuş yerişimizə qədər hər şey dəyişir. Mən belə dəyişmək istəmirəm.

 //qafqazinfo.az

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Putin Çinə gedir
16:14 24.08.2025
Putin Çinə gedir
Kanada Ukraynaya 1 milyard dollarlıq hərbi yardım ayıracaq
16:07 24.08.2025
Kanada Ukraynaya 1 milyard dollarlıq hərbi yardım ayıracaq
İki ölkə Ukraynaya "Patriot" sistemləri alacaq
15:57 24.08.2025
İki ölkə Ukraynaya "Patriot" sistemləri alacaq
Yanğının söndürülməsinə FHN-in 30 xüsusi təyinatlı texnikası, 140 şəxs heyəti cəlb olunub
15:53 24.08.2025
Yanğının söndürülməsinə FHN-in 30 xüsusi təyinatlı texnikası, 140 şəxs heyəti cəlb olunub
"Sədərək" ticarət mərkəzindəki yanğının təfərrüatları açıqlandı
15:49 24.08.2025
"Sədərək" ticarət mərkəzindəki yanğının təfərrüatları açıqlandı
Kürdəmirdə yol qəzası olub, ölən var
15:43 24.08.2025
Kürdəmirdə yol qəzası olub, ölən var
Moskvada Mərkəzi Uşaq Mağazasında partlayış olub, ölən və yaralananlar var
15:21 24.08.2025
Moskvada Mərkəzi Uşaq Mağazasında partlayış olub, ölən və yaralananlar var
BDYPİ: “Sədərək” ticarət mərkəzindəki yanğınla əlaqədar yollarda təhlükəsizlik tədbirləri görülür
15:04 24.08.2025
BDYPİ: “Sədərək” ticarət mərkəzindəki yanğınla əlaqədar yollarda təhlükəsizlik tədbirləri görülür
Azərbaycan XİN Ukraynanı təbrik edib
14:46 24.08.2025
Azərbaycan XİN Ukraynanı təbrik edib
FHN: “Sədərək” ticarət mərkəzində yanğının yayılmasının qarşısı alınıb
14:32 24.08.2025
FHN: “Sədərək” ticarət mərkəzində yanğının yayılmasının qarşısı alınıb
Trampın xüsusi nümayəndəsi Ukraynanın Müstəqillik Günü mərasimində iştirak edir
14:18 24.08.2025
Trampın xüsusi nümayəndəsi Ukraynanın Müstəqillik Günü mərasimində iştirak edir
Türkmənistan Zirvəsi türk dünyasının birliyinə yeni nəfəs verdi
13:54 24.08.2025
Türkmənistan Zirvəsi türk dünyasının birliyinə yeni nəfəs verdi
Ukrayna səfiri: Azərbaycanla energetika sektorunda əhəmiyyətli nəticələr var
13:48 24.08.2025
Ukrayna səfiri: Azərbaycanla energetika sektorunda əhəmiyyətli nəticələr var
“Sədərək”dəki yanğınla əlaqədar nazir müavini hadisə yerindədir
13:34 24.08.2025
“Sədərək”dəki yanğınla əlaqədar nazir müavini hadisə yerindədir
Tramp: Ukraynanın cəsarəti çoxlarını ruhlandırır
13:15 24.08.2025
Tramp: Ukraynanın cəsarəti çoxlarını ruhlandırır
Sürücülərin “Sədərək”dəki yanğına baxması səbəbindən bu yolda sıxlıq yaranıb
13:03 24.08.2025
Sürücülərin “Sədərək”dəki yanğına baxması səbəbindən bu yolda sıxlıq yaranıb