"Mən evimdə yaşamağa qorxuram, mənə kömək edin" - Tanınmış teleaparıcı

MAQAZİN
15:55 07.04.2015
5907

Tanınmış teleaparıcı və aktrisa Tunay Əliyeva qonşularıyla münaqişə yaşayır.

Bu haqda AZXEBER.COM-a danışan teleaparıcı deyib ki, qonşuları uzun müddətdir ki, onu narahat edir. Buna səbəb isə Tunay Əliyevanın qonşularının problemlərini efirdə dilə gətirməməyi olub:  Mənim qonşuluğumda müxalifətçilər yaşayır, mən aktrisa və aparıcı olduğum üçün dünən onlar tərəfindən çox böyük təhqirlərə məruz qaldım, nəticədə blokda huşumu itirdim, başım divara dəydi, beynim silkələndi. Onlar deyirlər ki, "sən nəyə görə efirdə bizim problemlərimizi işıqlandırmırsan, onlar elə bilirlər ki, mən məmur və ya nazirəm". Onların problemlərini işıqlandırmadığım üçün onlar hər cür bəhanə tapıb məni müxtəlif cür sözlərlə təhqir edirlər".  

Tunay Əliyeva həmçinin qeyd edib ki, öz evində yaşamağa qorxur: Qonşulugumda olanlar Kəlbəcər qaçqınlarıdı və dövlət tərəfindən onlara ev verilib. Hansı ki, hamısının Xırdalanda və şəhərin müxtəlif yerlərində evləri var. Ən təhlükəlisi odur ki, bunların biriylə mübarizə aparanda hamısı qrup şəklində insana hücum edirlər. Mənim yaşadığım evi mənə dövlət verib və mən bu adamların əlindən burda yaşaya bilmirəm. Evimdə qorxuram ki, hər an basqın edəcəklər.

Aparıcı müvafiq orqanlardan da ona kömək etmələrini xahiş edib:  

Bu adamlar bütün günü dövlətin əleyhinə danışır, hansı ki, çoxları burda evi saxta alıblar, yəni evləri olduğu halda ikinci ev alıblar. Əziz dostlar, məni evimdə rahat yaşamağa qoymurlar, səbəb isə odur ki, mən dövlətimə qarşı deyiləm, etiraz aksiyalarında iştirak etmirəm, TV-lərdə onlardan danışmıram deyə məni şantaj edirlər. Çox xahiş edirəm ki, aidiyyatı orqanlar mənim təhlükəsizliyimi təmin etsinlər. Sonuncu baş vermiş “5 aprel” mitinqindən sonra dəhşət aqressivləşiblər və psixi pozuntulu adamlar kimi mənə vətən xaini kimi baxırlar. Mənə çox çətindi, mənim atam rəhmətə gedib və mən tək yaşayıram. Xahiş edirəm mənə kömək edin. Mən evimdə yaşamağa qorxuram".

Günel

OXŞAR XƏBƏRLƏR