"Mən hər zaman ailəmi və yaxınlarımı düşünən bir insan olmuşam" - Aysel danışdı

"Mən hər zaman ailəmi və yaxınlarımı düşünən bir insan olmuşam" - Aysel danışdı
MAQAZİN
17:08 19.04.2017
4411
Müğənni Aysel Əlizadə 45 yaşlı biznesmenlə sevgili olması xəbərinə münasibət bildirib.
 
AZXEBER.COM-un məlumatına görə, müğənni haqqında yazılanları təkzib edib və həmin şəxslə dost olduğunu deyib:
 
"Gənc xanımam, ifaçıyam, tanınıram və məni sevənlər də, sevməyən də çoxdur. Ətrafımda şükürlər olsun yaxşı dostlarım var. Şəxsi həyatımda isə heç kim yoxdur. Allah nəsib edərsə, ailə həyatı quracağım şəxs qanuni şəkildə olacaq. Qeyri–qanuni yollarla həyatımda heç kəs olmayıb, ola da bilməz. Çünki mən hər zaman ailəmi və yaxınlarımı düşünən bir insan olmuşam. Bu günə kimi Ayselin nə çılpaq şəkilləri yayılıb nə də ki, barlarda, küçələrdə fotosu. Kimdə varsa, buyursun, göstərsin. Çox şükür öz zəhmətimlə maşınımı almışam, gələcəyimi də qurmuşam".
 
Aysel daha sonra onun haqda xəbər yazanları məhkəməyə verəcəyini deyib: "Mənim adımı ləkəyən insan ətrafındakı qadınlardan qorxsun. Haqqımda pis mənada yazanlar gedib öz ailəsinin qadınlarının qeyrətini çəksin. Bundan sonra haqqımda yanlış yazılan hər xəbər görə qanun qarşısın da cavab verəcək”

Qeyd edək ki, bu gün mediada müğənni Aysel Əlizadənin Elçin adlı "Yetim” ləqəbli şəxslə sevgili olduqları xəbəri yer almışdı. İddialara görə, həmin şəxs 8 martda müğənniyə "Porcshe” markalı maşın da hədiyyə edib.
 
Nazim Qasımzadə.
AZXEBER.COM
OXŞAR XƏBƏRLƏR