'Mən işimin öhdəsindən layiqincə gəlirəm'

İDMAN
09:53 20.12.2012
1326

PSJ klubunun hücumçusu Zlatan İbrahimoviç "France Football"a açıqlamasındaolduqca uğurlu karyeraya malik olduğunu açıqlayıb.

Bununla belə isveçli forvardÇempionlar Liqasını qazanmaq məcburiyyətində olmadığını bildirib:

"Çox uğurlu karyeraya sahibəm. Bir sıra komandaların heyətində ölkə çempionluğu yaşamışam. Düzdür, Çempionlar Liqasını qazana bilməmişəm. Lakin ÇL-i qazanmaq məcburiyyətində deyiləm. Mənim əsas işim qol vurmaqdır ki, bunun da öhdəsindən layiqincə gəlirəm. Bir lider kimi doğulduğuma inanıram. Hətta örnək alınacaq futbolçuyam. Buna heç şübhəniz olmasın".

Qeyd edək ki, İbrahimoviç bu mövsüm Fransa liqasında keçirdiyi 15 oyunda 17 qola imza atıb.//Qol.az

OXŞAR XƏBƏRLƏR