“Gedin işinizin dalınca”. Bakı Metropoliteninin rəisi Tağıv Əhmədovun ardınca Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov da jurnalistləri təhqir edib.
AZXEBER.COM ANS PRESS-ə istinadən xəbər verir ki, Bakı meri “Azadlıq” radiosunun müxbirinin sualına belə cavab verib: “Gedin işinizin dalınca. Mən jurnalist görəndə elə bilirəm ki, qəbirdə ölü görürəm”.