Amma aldatmayacam, ikiüzlülük etməyəcəm, heç kimi əzməyəcəm, heç nəyi sındırmayacam, əsəbləşməyəcəm...
Boş yerə kədərlənməyəcəm, ismarıc xatirinə ismarıclara cavab verməyəcəm, söhbət xatirinə söhbət etməyəcəm, oyun xatirinə oynamayacam, nifrət xatirinə nifrət etməyəcəm..Mübahisə xatirinə mübahisə etməyəcəm..Özümdə qəhrəman, ağıllı, yaraşıqlq kişi, intiliqent insan, əsl müsəlman tipajı yaradacam..
Qəhvədən, futboldan, Ceksondan, cazdan, Mironovdan, festival filmlərindən, Vivaldidən, ad günümdən, bayraqdan, himndən, çay və siqaretdən imtina edəcəm...Siqaretdən??? Bax buna görə mən ölümdən qorxuram..
Sənan ƏLLƏZ