Mən niyə oğluma 400 manata velosiped ala bilmirəm?

Mən niyə oğluma 400 manata velosiped ala bilmirəm?
SOSİAL
19:05 24.04.2017
52132
Ləman Ələşrəfqızı,
Əməkdar jurnalist

Bu günlərdə çox pərişanam. Həm də çox pərişan. Qızının 400 min manatlıq toy söhbəti ilə dilə-dişə düşən ölkənin baş liftçisi də heç mənim qədər pərişan deyil. Onun nə vecinə? Bu dedi-qoduların sonunda uzaqbaşı işini itirəcək. Amma qazandıqları əminəm ki, itirdiyindən, və yaxud itirəcəyindən qat qat çoxdur. Bir toya yarım milyon pul tökən adamın dalda yüz faiz milyonları var. Mənim isə bitim də yoxdu. Heç sabaha ümidim də. Ona görə də pərişanam və heç cür özümü toparlaya bilmirəm.
 
Evdə uşaqlarımın üzünə baxmağa da utanıram. Günü gündən böyüyür və 400 min manatlıq olmasa da, 400 manatlıq əyləncə istəyirlər. Məsələn, oğlum təmtəraqlı ad günü istəyir. İyunda 15 yaşı olacaq. Hələ üstəlik ad günü hədiyyəsi velosiped də.Otururam, hesablayıram, vururam-çıxıram düz gəlmir. Yüz cür bəhanə uydururam. Uşağa isə bəhanə yox, velosiped lazımdır. Mənim gətirdiyim heç bir arqument ona maraqlı deyil. Əksinə deyir ki, bəs sənin maaşın Lift idarəsinin rəisinin maaşından çoxdur axı?! Sən heç mənə velosiped ala bilmirsən, amma o qızına "Porche” alır?! Uşaq haqlıdır. Yerdən göyə qədər haqlı. Məni də bu sualı ilə çıxılmaz duruma salıb. Gözünü üzümə dikib cavab gözləyir. Mən də başlayıram izahat verməyə. -Oğlum, göz bəbəyim, maaşla "Porche” almaq olmur. Amma əlbəttə ki, velosiped almaq olar.
 
O da kiiiii… -Nə? Uşaq səbirsizlənir. -Axı bizim "rasxod”umuz çoxdur. Məsələn, evimiz ipotekadadır. Atanın və ananın 57 yaşı olanda bu ev də bizim olacaq. O vaxta qədər bankın girovuyuq. Sən ki, bunu bilirsən. -Sonra? Sonra sənin məktəbin,iki fəndən hazırlığın, bacının hazırlığı…Sonra…hər gün dolub-boşalan soyuducu. Artan qiymətlər, kilosu 15 manata sümüksüz ət, kilosu 17-18 manata qalxan kərə yağı. Sonra..o qədər problemlər sadalayıram ki.. Uşağın əli-qolu soyuyur yavaş-yavaş.
 
Hiss edirəm ki, tutulur. Yadıma öz uşaqlığım düşür. Nə istəsəydik, atamız-anamız alardı. Bir dəfə kənd dükanına qırmızı və göy rəngdə gödəkcə gətirmişdilər. Qiyməti 40 rubl idi. Yəni, o dövr üçün balaca pul sayılmazdı. 7-ci sinifdə oxuyurdum. Oğlanlar göy, qızlar qırmızı gödəkçədən ötrü hər gün bir bəhanə ilə o dükana gedir, pis də çıxmasın, ağızlarının suyunu axıdıb gəlirdilər. Evə gəlib atama dedim ki, mən o qırmızı gödəkçəni istəyirəm. Nə olar, onu mənə al. Uşaqlar deyir ki, kim onu alsa xoşbəxtdir. (Həqiqətən də uşaqlar arasında belə bir söhbət olmuşdu.) Atam dərhal cibindən 40 manat çıxarıb mənə verdi. Dedi ki, get o qırmızı gödəkçəni al və sən xoşbəxt ol. Sonradan uzun müddət məni evdə zarafatla xoşbəxt çağırdılar.
 

Mənim atam məmur deyildi, adi sürücü idi. Altında əjdaha kimi "Volqa”sı vardı. Səhər evdən çıxırdı, bir də sorağı Tiflisdən, Qroznıdan gəlirdi. Əli pulla oynayırdı. Balalarını halal və bacardığı qədər xoşbəxt böyütdü.Bu gün biz uşaqlarımızı xoşbəxt böyüdə bilmirik. Onların istəkləri qarşısında çarəsizik. "510 manat maaşla 400 min manatlıq toy çaldırmaq olarmı? sualına yəqin ki, ürəyinin ən dərin guşələrində cavab axtaran Lift idarəsinin rəisi qədər çarəsiz. /// gununsesi
 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Herş: ABŞ Qəzzada qalan girovların yeri barədə məlumat alıb
06:06 15.08.2025
Herş: ABŞ Qəzzada qalan girovların yeri barədə məlumat alıb
Bloomberg: Alyaskada görüş keçirmək qərarı ABŞ Məxfi Xidməti üçün çətinlik yaradıb
04:01 15.08.2025
Bloomberg: Alyaskada görüş keçirmək qərarı ABŞ Məxfi Xidməti üçün çətinlik yaradıb
İsrail ordusu “Hizbullah”ın Livandakı obyektlərinə zərbələr endirib
02:40 15.08.2025
İsrail ordusu “Hizbullah”ın Livandakı obyektlərinə zərbələr endirib
Putin Trampla görüşmək üçün Alyaskaya gedir - Rusiya tarixində ilk
02:01 15.08.2025
Putin Trampla görüşmək üçün Alyaskaya gedir - Rusiya tarixində ilk
İran nüvə obyektlərini yoxlamaq istəyən BAEA-ya şərt qoyub
01:31 15.08.2025
İran nüvə obyektlərini yoxlamaq istəyən BAEA-ya şərt qoyub
Arda Turan qırmızı vərəqə aldı, klubu məğlub oldu
01:03 15.08.2025
Arda Turan qırmızı vərəqə aldı, klubu məğlub oldu
Nikol Paşinyan: “”Tramp yolu” sülhə gedən yoldur”
00:58 15.08.2025
Nikol Paşinyan: “”Tramp yolu” sülhə gedən yoldur”
“Azərbaycan Tibb Universitetində 6500 manatlıq keyfiyyətdə təhsil mövcuddurmu?”
00:49 15.08.2025
“Azərbaycan Tibb Universitetində 6500 manatlıq keyfiyyətdə təhsil mövcuddurmu?”
Bütün dünyanın gözü Alyaskadadır - Bu gün nələr olacaq?
00:46 15.08.2025
Bütün dünyanın gözü Alyaskadadır - Bu gün nələr olacaq?
“Mənim işim gələcəkdə yüzlərlə qız üçün ilham mənbəyi olacaq” - Səmra
00:29 15.08.2025
“Mənim işim gələcəkdə yüzlərlə qız üçün ilham mənbəyi olacaq” - Səmra
“Beşiktaş” 19 yaşlı futbolçunu transfer etdi
00:26 15.08.2025
“Beşiktaş” 19 yaşlı futbolçunu transfer etdi
“Sülh üçün Vaşinqtona müraciət etməyiniz nə vacibdir? - Xamneyinin müşaviri Ermənistandan da narazıdır
00:22 15.08.2025
“Sülh üçün Vaşinqtona müraciət etməyiniz nə vacibdir? - Xamneyinin müşaviri Ermənistandan da narazıdır
“Propaqanda itlərini Azərbaycanın üstünə qısqırdanlar bilməlidirlər ki…” - Deputat
00:15 15.08.2025
“Propaqanda itlərini Azərbaycanın üstünə qısqırdanlar bilməlidirlər ki…” - Deputat
“Beşiktaş” Konfrans Liqasının pley-offuna vəsiqə qazandı
00:07 15.08.2025
“Beşiktaş” Konfrans Liqasının pley-offuna vəsiqə qazandı
Rusiya azad deyil, müstəqil deyil - Mirşahin Ağayev yazır
00:03 15.08.2025
Rusiya azad deyil, müstəqil deyil - Mirşahin Ağayev yazır
Türkiyə və İran XİN rəsmiləri regional məsələləri müzakirə etdilər
23:54 14.08.2025
Türkiyə və İran XİN rəsmiləri regional məsələləri müzakirə etdilər