Müğənni Elnarə Xəlilova telekanallar haqqında fikrinə aydınlıq gətirib.
Trend-in məlumatına görə, E.Xəlilova açıqlamasında deyib: “Bizim çox gözəl televiziya dəyərlərimiz var. Mən Azərbaycan televiziyasını təhqir etməmişəm. Mən bəzi telekanalların zibilxanaya bənzədiyini demişəm.
Çünki efirlərə kimlər gəldi çıxır, ağızlarına nə gəldi danışırlar. Mənim etirazım televiziya kanallarına çıxan insanlara deyil, onları efirə buraxan televizya kanallarının rəhbərlərinədir. Bir sıravi tamaşaçı kimi telekanal rəhbərlərinə müraciət edirəm. Mən onlardan umuram. Mən normal efir umuram. Normal efir tələb edirəm. Müğənni kimi yox, üç uşaq anası kimi övladlarımın televiziya kanalları vasitəsilə tərbiyələrinin pozulmasının əlyehinəyəm. Bəsdirin insanların əsəbləri ilə oynadınız! Mən niyə övladlarımı öz telekanallarımızdan qorumalıyam?"
Müğənni Milli Televiziya və Radio Şurasından (MTRŞ) artıq dərəcədə xahiş edir ki, efirlərdə səslənən müraciətlər, ismarıclar, söyüşlər və təhqirlərə diqqət etsin: "Bəzi aparıcılar qonaqları ağladana kimi alçaldır və təhqir edir. Bunlar haqqında ölçü götürüləcək, ya yox?"