"Mən rayon qızları üçün ölürəm, hamısı saf, təmiz, məsumdur"

"Mən rayon qızları üçün ölürəm, hamısı saf, təmiz, məsumdur"
MAQAZİN
16:16 04.07.2017
45006

Vaxtilə, Ayaz Mütəllibovun yaxın silahdaşı olan və Ulu Öndər Heydər Əliyev dönəmində gözdən iraq düşmüş millət vəkili Ziyad Səmədzadənin qızı bəstəkar Aygün Səmədzadənin sosial şəbəkədə rayon camaatını təhqir edən statusu ictimaiyyətdə birmənalı qarşılanmayıb.

AZXEBER.COM-un məlumatına görə, Yenicağ.az-a açıqlama verən müğənni Əli Mirəliyev xanım bəstəkarın statusunu siyasi səhv adlandırıb:

"Belə fikirləri səsləndirmək milləti parçalamaq deməkdir. Bu, çox böyük siyasi səhvdir. Rayon camaatına qurban olum. Bakılılar günorta saat 12-də yuxudan duranda, rayon camaatı sübh tezdən durub, malını otarır, taxılını əkir, bağını belləyir. Mən rayon qızları üçün ölürəm, hamısı saf, təmiz, məsumdur. Bakı paytaxtdır, rayon camaatı əkib-becərib, yetişdirdiyi mer-meyvəni, tərəvəzi gətirir, biz də alıb yeyirik. Nə pislikləri dəyib ki bizə? Bu söhbəti birdəfəlik yığışdırmaq lazımdır. İnsanları üz-üzə qoymaq olmaz. Rayonlu balalar əziyyət çəkib oxuyub, öz biliyi ilə gəlib, ali məktəblərə daxil olub. Nə rüşvət, insanlara belə böhtan atmaq olmaz”.

Xatırladaq ki, bəstəkar iyulun 1-də "Bakılılar günü”ndə status paylaşaraq, Bakıya rüşvəti rayonluların gətirdiyini iddia etmişdi:

"Rəhmətlik anam deyərdi ki, biz oxuyanda ali məktəblərdə rüşvət yox idi. Rayonlardan imtahan götürənlərə səbət-səbət çolpa və motal pendiri və sair gələnəcən… Və bu gün 10 yumurta, 5 kiloqram ətlə universitet bitirənlər professor olub, camaata dərs keçir”.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
ABŞ bu şəxslərə qarşı sanksiyalar tətbiq edəcək
07:59 06.03.2025
ABŞ bu şəxslərə qarşı sanksiyalar tətbiq edəcək
İvanişvilinin keçmiş maliyyə müşaviri Ermənistana qaçıb
06:52 06.03.2025
İvanişvilinin keçmiş maliyyə müşaviri Ermənistana qaçıb
FIFA klublararası DÇ-nin qaliblərinə 1 milyard avroya yaxın vəsait verəcək
04:47 06.03.2025
FIFA klublararası DÇ-nin qaliblərinə 1 milyard avroya yaxın vəsait verəcək
CNN: Bir neçə həftə ərzində Kiyevin Patriot raketləri tükənə bilər
03:45 06.03.2025
CNN: Bir neçə həftə ərzində Kiyevin Patriot raketləri tükənə bilər
Avstraliya Ukraynaya enerji dəstəyi üçün 6 milyon avro ayırıb
02:40 06.03.2025
Avstraliya Ukraynaya enerji dəstəyi üçün 6 milyon avro ayırıb
Papa Fransiskin müalicəsi davam etdirilir
01:35 06.03.2025
Papa Fransiskin müalicəsi davam etdirilir
Azyaşlı qızına vəhşicəsinə işgəncə verən qadının görüntüləri - VİDEO
01:12 06.03.2025
Azyaşlı qızına vəhşicəsinə işgəncə verən qadının görüntüləri - VİDEO
Töhmətdən sonra işdən çıxarılan aparat rəhbəri ilə bağlı İLGİNC FAKT
01:09 06.03.2025
Töhmətdən sonra işdən çıxarılan aparat rəhbəri ilə bağlı İLGİNC FAKT
ABŞ Qəzzadakı girovların azad edilməsi ətrafında HƏMAS-la danışıqlar aparır
00:51 06.03.2025
ABŞ Qəzzadakı girovların azad edilməsi ətrafında HƏMAS-la danışıqlar aparır
Məhəmməd Əmin Rəsulzadənin anım günüdür
00:34 06.03.2025
Məhəmməd Əmin Rəsulzadənin anım günüdür
Aİ Polşaya icma fondlarından 7,2 milyard avronu müdafiəyə yönləndirməyə icazə verib
00:28 06.03.2025
Aİ Polşaya icma fondlarından 7,2 milyard avronu müdafiəyə yönləndirməyə icazə verib
Uşağını sanitar qovşaqda öldürmək istəyən ana: "Çimizdirmək istəyirdim"
23:58 05.03.2025
Uşağını sanitar qovşaqda öldürmək istəyən ana: "Çimizdirmək istəyirdim"
Müəllimlər direktordan şikayətçidir - “Bizə hinduşkabaş deyir” - VİDEO
23:37 05.03.2025
Müəllimlər direktordan şikayətçidir - “Bizə hinduşkabaş deyir” - VİDEO
Makron: Avropanın gələcəyini Vaşinqton və Moskvada həll etmək olmaz
23:29 05.03.2025
Makron: Avropanın gələcəyini Vaşinqton və Moskvada həll etmək olmaz
Zelenski: ABŞ ilə əməkdaşlıqdan müsbət nəticələr gözləyirəm
23:27 05.03.2025
Zelenski: ABŞ ilə əməkdaşlıqdan müsbət nəticələr gözləyirəm
Ərdoğan İlham Əliyevlə görüşünün təəssüratlarını paylaşıb: Sülh istəyirik
23:23 05.03.2025
Ərdoğan İlham Əliyevlə görüşünün təəssüratlarını paylaşıb: Sülh istəyirik