"Mən Rusiyaya yox, ölkəm mənə xəyanət edib" - Puqaçovadan qalmaqallı açıqlama

"Mən Rusiyaya yox, ölkəm mənə xəyanət edib" - Puqaçovadan qalmaqallı açıqlama
MAQAZİN
12:19 11.09.2025
280
SSRİ xalq artisti Alla Puqaçova jurnalist Katerina Qordeevaya müsahibəsində Vətənə xəyanətlə bağlı sualı cavablandırıb.

AZXEBER.COM xəbər verir ki, 76 yaşlı müğənninin müsahibəsi "YouTube"da yayımlanıb.

Puqaçovanın sözlərinə görə, onu Rusiyaya qarşı xainlikdə günahlandırsalar da, özünü satqın hesab etmir:

"Mən ölkəmə yox, ölkəm mənə xəyanət edib. Mən necə vətən xainiyəm? Deyirlər ki, qaçmışam. Sanki uşaqlıqdan yumşaq divanda uzanmışam və ölkə məni qaşıqla yedizdirib. İşləyib, oxuyub pul qazanmışam. İnsanın getməyə haqqı var ki, ölkəsində təhqir olunmasın. Mən hər zaman demişəm ki, ölkədən yalnız bir halda gedə bilərəm - əgər mənə xəyanət edilərsə... Ölkəm mənə xəyanət etdi. Amma milyonlarla azarkeş məni hələ də sevir.
 
Bu, mənim üçün çox ağrılı bir qərar idi. Başa düşə bilmirəm ki, ziyalıların fikirləri niyə belə sıxışdırılır. Dövlətdə müxtəlif fikirlər olmalıdır, çünki yalnız bir fikrə sahib ola bilsəniz, qalanları sıxışdırılıbsa, necə düzgün qərar verə bilərsiniz? Vicdan şöhrətdən, dəbdəbədən daha qiymətlidir. Xüsusilə mənim yaşımda".


Xatırladaq ki, Alla Puqaçova və ailəsi 2022-ci ilin payızında Rusiyanı tərk edib. Bu, onun əri, şoumen Maksim Qalkinin Ukraynada Rusiyanın xüsusi əməliyyatı ilə bağlı ictimai tənqidlərə görə xarici agent kimi tanınmasından sonra baş verib. Onlar bir neçə ölkəni dəyişib və son məlumata görə, cütlüyün uşaqlarının məktəbə getdiyi və xarici dilləri öyrəndiyi Kiprdə məskunlaşıb. Puqaçova vurğulayıb ki, Rusiyanı məcbur tərk etmək məcburiyyətində qalıb.
 
Aysel



OXŞAR XƏBƏRLƏR