Aparıcı Xoşqədəm Hidayətqızı anası ilə bağlı paylaşım edib.
AZXEBER.COM xəbər verir ki, sabah Heydər Məscidində mərhumun 40 mərasimi baş tutacaq.
Anasının vəfatı ilə hələ də barışa bilmədiyini deyən aparıcı hisslərini belə ifadə edib:
"Anacan sənsizliyimin 40 günü tamam olur. Sabah yenə də qonaqların gələcək. Onlara sənin yoxluğunu göstərməmək üçün əlimdən gələni edəcəm. Amma nə etsəm də mən sən ola bilməyəcəyəm. Gözəl anam, sənsiz 40 gün 40 ilə bərabər oldu. Atam sənsizliyə dözə bilmir. Hər günümüz, hər anımız səninlə bağlıdır. Uşaqlıqdan sənsizliyi düşünəndə dəli olurdum, elə bilirdim ki, sən olmasan ölərəm! Amma... Mən sənsiz ölmədim məni bağışla..."
Aysel