ANS-də yayımlanan "xalqın artisti " yarışmasının finalçısı Maarif Mustafa oğlu 1963-cü ildə Borçalıda Təkərli kəndində doğulub.
- Onun musiqiyə olan həvəsi hec də təsadüfü olmamışdır. Dövrünün məşhur aşıqlarından aşıq Mustafanın oğludur – hansı ki, bu gün dillər əzbəri olan “Ceyranım” mahnısının müəllifidir. Həmsöhbətimiz təkcə gözəl səsi ilə deyil, həm də müxtəlif alətlərin mahir ifaçısı kimi də tanınır. Bu gün Marif Mustafa oğlu həm qarmon, həm saz ifaçısı kimi el şənliklərinin Arzu olunan adlarından biridir. Bu yaşda necə oldu ki, iştirak etdiyini soruşan da isə belə cavab verdi. Həmişə bu verilişə baxırdım, həmkarlarımı izləyirdim. Məni sevənləri bir növ test etmək ücün o yarışa qatıldım. Sağ olsun onlarda məni finala qədər gətirdilər. Demək ki, illərin əziyyəti hədər deyilmiş.
Sizi daha çox kimlər dəstəkləyir?
- Borçalıdanam. Həmişə öz elim, obamla qürur duymuşam, amma mən təkcə Borçalını deyil, əslində bu illər ərzində hansı bölgədən olursa olsun məni məclisinə dəvət edən, ən gözəl günlərini mənə etibar edən hər kəsin, hər bölgənin təmsilçisiyəm. İzləmisinizsə, gilirsiniz. Heç vaxt bölgə ayrı-seçkiliyi etməmişəm və etmərəm də. Bu mənə yad xüsusiyyətdir.
- Ailənizdə sizin davamçınız varmı?
- Bilirsiz mənim atam məşhur aşıq Mustafa olub. Mən də bu gün sənətdəyəm və sevinirəm ki, oğlum da bu yolu davam etdirir. Sizi tanımayanlara özünüzü necə xarakterizə edərdiniz: İnsanları çox sevirəm, hamının uğuruna, xoş gününə sevinirəm, pis halına üzülürəm və bütün hər kəsə mənim yaşımda belə şux və həyat eşqili olmaq arzu edirəm.
- Sizi nələr maraqlandırır?
- Etiraf edim ki, məni həmişə musiqi, musiqi alətləri maraqlandırıb. Elə yenə də.
- Özünüz kimləri dinləyirsiniz?
- Bəzən elə bilirlər ki, daha çox el şənliklərinin ifaçısı olan insanlar bayağı musiqi dinləyirlər. Bu əsla belə deyil, Mən klassik musiqini, muğamı, aşıq sənətini, xalq mahnılarını çox sevirəm. Hansı dildə olur olsun, hansı janrda olur olsun gözəl musiqi məni özünə cəlb edir. Amma əlbəttə bizdən nə istəyirlər onu da ifa edirik.
- Finalda qalib mənəm deyirsinizmi?
- Əslində finala qədər heç vaxt tərəddüd etməmişəm. Amma indi rəqibim- gənc, dəliqanlıdır. Hansı ki, bəlkə də bu qabiliyyət məndən çox ona lazımdır. Çünki mən sözümü demiş, yetəri qədər tanınmış bir adamam. O isə gəncdir və uğurları qarşıdadır. Hamı qalib olmağı istəyir sözsüz. Amma inanın 50-50 dir. Çünki gənclik belə şeydən daha da çox təsirlənir. Mən iddialı bir gəncin məğlubiyyətindən qürur duyacaq, həzz alacaq bir insan deyiləm. Finalda rəqibimə elə özüm kimi uğur arzu edirəm, nəinki finalda , oyunda – elə həyatda da bütün həmkarlarımın uğuru məni sevindirir.