"Mən öz məsuliyyətimin fərqindəyəm" - Hakan Çalhanoğlu

"Mən öz məsuliyyətimin fərqindəyəm" - Hakan Çalhanoğlu
İDMAN
11:10 31.03.2025
256
Futbolçu karyerasını İtaliyada davam etdirən "İnter"in türk ulduzu Hakan Çalhanoğlu Türkiyə mətbuatına müsahibə verib.
 
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, Çalhanoğlu futbolçu karyerasından, Türkiyə sevgisindən, ölkəsinə bağlılığından, ailəsi ilə münasibətindən və şəxsi həyatından danışıb.
 
Almaniyada doğulub, böyüyən futbolçu milli ruhda böyüdüyünü deyib:

"Dini və xüsusi günlərimiz bizim üçün çox önəmlidir. Mən Almaniyada doğulmuşam, amma türk olduğumuz üçün adət-ənənələrimizə uyğun böyümüşük. Milli matçlara diqqətimi cəmləmək üçün həmişə türk himninə qulaq asmışam. Türkiyə dünyanın ən gözəl ölkəsidir. Mən ölkəmi çox sevirəm. Karyeramda mənə ən çox təsir edən şəxs şübhəsiz ki, Fatih Terimdir. Milli formanı geyinmək və kapitan olmaqda yaşadığı hissləri təsvir etməyə söz tapa bilmirəm. Dünyanın ən gözəl hissidir. Mən öz məsuliyyətimin fərqindəyəm”.
 
Aysel
OXŞAR XƏBƏRLƏR