"Real" (Madrid) klubunun ulduz futbolçusu Kriştiano Ronaldo yenidən maraqlı açıqlamaları ilə diqqət çəkib.
Portuqaliyalı futbolçu özündən razı olmadığını bildirib:
"Məni qınayanları başa düşürəm. Meydanda çox gülərüzlü deyiləm. Ona görə də insanlar mənim özümdən razı olduğumu hesab edirlər. Ancaq belə deyil. Bir ailəyə sahib olmaq insanı çox dəyişdirir.Uşaqlarını yetişdirmək həyatdakı ən önəmli şeylərdən biridir. Bəzən futbolu bir kənara qoyaraq ailəniz və dostlarınızla da zaman keçirmək lazım gəlir. Özümə yaxşı baxıram və bir peşəkar kimi yaşayıram".//qol.az