"Küçədə gəzən bəzi insanlar koronavirusun mövcudluğuna inanmır. Bəzi "savadlı" insanlar deyirlər ki, virus yoxdur, bu, bir oyundur”.
AZXEBER.COM-un xəbərinə görə, bunu Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov deyib.
O bildirib ki, karantin müddətində ölkələr bağlanıb, trilyonlar itirilib: "Belə oyun olar? Özümüz inanmırıqsa belə, cəmiyyətə görə bu qaydalara əməl etməliyik”.
Eldar Əzizov deyib: "Mən son iki gün ərzində Bakının bütün rayon icra başçıları ilə birgə marifləndirmə tədbirləri keçirmək üçün küçəbəküçə gəzirik. Çox təssüf ki, bəzi insanlar mənə də koronavirusa inamadıqlarını deyirlər. Onlar bunu "oyun” adlandırırlar. Amma bu necə "oyun”dur ki, bütün dünyada sərhədlər bağlanıb, insanlar evdən çölə çıxmır, bu xəstəlikdən milyonlarla insan xəstəxanaya yerləşdirilir. Belə oyun olar? Özümüz inanmırıqsa belə, cəmiyyətə görə bu qaydalara əməl etməliyik”.