'Mənə elə gəlirdi ki, ondan uzun müddətə ayrılıram' - FOTO
MAQAZİN
19:04 25.02.2013
1800
Azərbaycanı "Eurovision 2012"də uğurla təmsil edən Səbinə Babayeva 8 martda Bakının ən böyük və prestijli klublarının birində konsert proqramı ilə çıxış edəcək.AZXEBER.COM-un məlumatına görə, onu sevənlərə fərqli bir proqram hazırlayan müğənni konsertdə yeni mahnısını təqdim edəcək. "Eşq alovu" adlanan yeni mahnının musiqisi Səbinənın özünə, sözləri isə "Aypara " qrupunun solisti Arzu Həsənliyə aiddir. Bundan başqa mahnının ərsəyə gəlməsində aranjemançı Emin Kərimi, əməkdar artist Ənvər Sadiqov və gənc skripkaçı Əkbər iştirak edib.Səbinə Babayeva mahnının yaranma tarixçəsi barədə bunları deyib: "Bu yaxınlarda uzaq səfərə yola düşdüm, təyyarədə olan zaman bu mahnını öz həyat yoldaşıma yazdım. Mənə elə gəlirdi ki, ondan uzun müddətə ayrılıram. Amma bu ayrılıq cəmi 4 gün çəkməli idi. Buna baxmayaraq, məni sıxan fikirlər bu mahnını yazmağa vadar etdi. Ümid edirəm, bu mahnıda olan mövzu əksər insanlara tanış gələcək. Kimə ki, bu mahnıda olan hisslər yad olsa, onlara mənim mesajim budur - sevin və sevilin!"