Rusiyanın məşhur azərbaycanlı bloqqer Hüseyn Həsənov instaqramda Bakıda keçirdiyi görüşdən daha bir video paylaşıb.
O, 7 milyonluq səhifəsində azərbaycanlı fanatlatı ilə görüşünü əks etdirən görüntüləri izləyiciləri ilə bölüşüb.
AZXEBER.COM xəbər verir ki, blogger görüş zamanı izdihama görə hər kəsdən üzr istəyib:"Mənim Bakıda ilk fan görüşüm idi. Görüş zamanı yollar və ticarət mərkəzlərinin qarşısı bağlandı. Şəhərdə yaranan xaosa görə üzr istəyirəm. Mən sizi sevirəm”.