"Mənə "iPhone 6" alın, sevgilimlə gün keçirin"

MARAQLI
18:50 22.09.2014
3646

Çində adı açıqlanmayan gənc oğlan yeni çıxan “iPhone” almaq üçün pul yığmaqdan ötrü qeyri-adi üsula əl atıb.

Gün.Azxarici KİV-ə istinadən xəbər verir ki, o, bu məqsədlə sevgilisini icarəyə verməyə başlayıb.Təklifə görə, müştərilər qızla bir saatlıq ünsiyyət üçün təqribən 1.47 dollar, bir ay müddəti üçün isə 12.29 ödəməlidirlər. Çinli qızın təsvir olunduğu reklam şəkili tez bir zamanda “Weibo” sosial şəbəkəsində sürətlə yayılıb. Oğlan bu ideyanı küçədə əlində qiymətlərin qeyd olunduğu plakat tutmaqla həyata keçirib.Ədalət üçün qeyd edək ki, intim əlaqə xidmətə daxil deyil. Pul ödəyənlər qızla yalnız kinoya gedə, onu görüşə dəvət edə və ya sadəcə söhbət edə bilərlər.

OXŞAR XƏBƏRLƏR