Mənə jurnalistikanı sevdirən adam

Mənə jurnalistikanı sevdirən adam
SOSİAL
12:49 13.11.2017
4123
Leyla Rəhimli,
BDU Jurnalistika fakültəsinin 2-ci kurs tələbəsi


İnsan həyatda özünə mütləq bir kumir seçir. Seçdiyi şəxs məhz onun necə insan olmasından və ya olmaq istəməsindən xəbər verir. Mənim həyatımda da önəmli mövqeyə sahib olan insanlar var. Qənirə Paşayeva kimi.
 
Bu gün jurnalistika təhsili alıramsa, mən burdayamsa, bu peşəyə bu qədər eşqlə bağlıyamsa, bu onun yaratdığı təəssüratın barıdır.
 
"Ana, mən də onun kimi olacam. Xəbərləri təqdim edəcəm, efirlərə çıxacam, hamı məni yaxşı jurnalist kimi tanıyacaq, söz verirəm!” deyəndə 7 yaşında idim. Və o vaxt qərar vermişdim ki, başqa yerdə ola bilməyəcəm.
 
Və bu gün Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində içində olduğum xoş vəziyyətin səbəbkarı ilə görüş baş tutdu. İlk dəfə görüşürdük, olduqca həyəcanlı idik. Söhbətə də bu sözlərlə başladı "Mən sizə protokol oxumayacam, dostca söhbətləşməyə gəlmişəm".
 
Və söhbət başladı. "Bir insan jurnalistikada rəng qoya bilmirsə, bir imza qoya bilmirsə, onda onun bu sahəyə gəlməsinin heç bir əhəmiyyəti yoxdur. Çingiz Mustafayev… Müharibə şəraiti yeni başlamışdı, imkanlar məhdud, hər şey çox dar çərçivədə idi amma bu gün hamınız onu tanıyırsız, deyilmi? Niyə? Çünki Çingiz kamera ilə prosesin içində idi və insanlar jurnalist budur dedilər, neçə il keçib? Tam 25 il yenə də Azərbaycan jurnalistikası deyilən zaman həmən xatırlayacağınız jurnalistlərdən biri də Çingiz Mustafayevdir”
 
Sən demə mənim kumirimin də öz kumiri var imiş. Bu Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevdir. 

Beləcə təxminən 2 saatdan çox davam edən söhbətimizin hardan başlayıb, harada bitdiyini hiss etmədik. Səmimiyyət və motivasiya yüklü bu görüşün ardından tələbə yoldaşlarımla söhbətləşdim, bəziləri etdiyi yanlışları, bəziləri tutduğu mövqeni, hətta bəziləri tənbəlliklərinin yanlış olduğunu anlayıb, o andan etibarən hadisələrə daha fərqli yanaşa biləcəklərini bildirdilər. Sözün insan həyatındakı rolu həqiqət də qəribədir...
 
Özünün də dediyi kimi o, bizimlə öz həyat təcrübəsindən üzləşdiyi çətinliklərdən amma bir o qədər də peşəsinə olan eşqindən bəhs etdi. Və bundan dərs çıxarmağımızı, ona görə davranmağımızı məsləhət gördü. Bizə qatdığınız hər şey üçün sonsuz təşəkkür edirik, Qənirə xanım!
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Pakistanda musson yağışları nəticəsində ölənlərin sayı 800-ə çatdı
16:55 26.08.2025
Pakistanda musson yağışları nəticəsində ölənlərin sayı 800-ə çatdı
Əli Əsədov: 2027-2030-cu illəri əhatə edəcək yeni Strategiya hazırlanır
16:51 26.08.2025
Əli Əsədov: 2027-2030-cu illəri əhatə edəcək yeni Strategiya hazırlanır
Ramiz Rövşənin səhhətində problem yarandı
16:30 26.08.2025
Ramiz Rövşənin səhhətində problem yarandı
Mask tanınmış şirkətləri məhkəməyə verdi: Təzminat istəyir
16:19 26.08.2025
Mask tanınmış şirkətləri məhkəməyə verdi: Təzminat istəyir
Minsk qrupunun ləğvi ilə bağlı ATƏT-in fəaliyyətdə olan sədrinə müraciət ünvanlanıb
16:17 26.08.2025
Minsk qrupunun ləğvi ilə bağlı ATƏT-in fəaliyyətdə olan sədrinə müraciət ünvanlanıb
“Veysəloğlu Distribusiya” şirkəti “Dəyərlərimizin izi ilə” devizi altında Şuşada möhtəşəm tədbir keçirdi
16:12 26.08.2025
“Veysəloğlu Distribusiya” şirkəti “Dəyərlərimizin izi ilə” devizi altında Şuşada möhtəşəm tədbir keçirdi
Prezident ailəsinin yeni - FOTOSU
16:10 26.08.2025
Prezident ailəsinin yeni - FOTOSU
Tanınmış prödüser və ərinin öldürülməsinin təfərrüatları məlum oldu
16:06 26.08.2025
Tanınmış prödüser və ərinin öldürülməsinin təfərrüatları məlum oldu
"907-ci düzəlişin ləğvi Azərbaycanla ABŞ arasında yeni əməkdaşlıq dövrünün başlanğıcıdır"
15:52 26.08.2025
"907-ci düzəlişin ləğvi Azərbaycanla ABŞ arasında yeni əməkdaşlıq dövrünün başlanğıcıdır"
"Azərbaycan heç vaxt milli maraqlara zidd aralıq həll variantlarını qəbul etməyib"
15:33 26.08.2025
"Azərbaycan heç vaxt milli maraqlara zidd aralıq həll variantlarını qəbul etməyib"
Lisey və gimnaziyalarda II mərhələ seçimlərinə start verilir
15:24 26.08.2025
Lisey və gimnaziyalarda II mərhələ seçimlərinə start verilir
“Atamı ilk dəfə idi ki, ağlayan görürdüm...”
15:12 26.08.2025
“Atamı ilk dəfə idi ki, ağlayan görürdüm...”
İlk dəfə: reysqabağı yoxlama ödənişləri Yelo Bank-da!
15:01 26.08.2025
İlk dəfə: reysqabağı yoxlama ödənişləri Yelo Bank-da!
102 yaşlı alpinist Fuji dağına dırmaşdı - Ginnesin Rekordlar Kitabına düşdü
15:00 26.08.2025
102 yaşlı alpinist Fuji dağına dırmaşdı - Ginnesin Rekordlar Kitabına düşdü
Adnan Oktarın "kediciy"i soyadını dəyişdirdi - Müəllim oldu
14:57 26.08.2025
Adnan Oktarın "kediciy"i soyadını dəyişdirdi - Müəllim oldu
Tibb sahəsində ilk - 39 yaşlı beyin ölümü keçirən kişiyə donuz ağciyəri nəql edildi
14:47 26.08.2025
Tibb sahəsində ilk - 39 yaşlı beyin ölümü keçirən kişiyə donuz ağciyəri nəql edildi