“Mənə niyə qadağa qoyulmalıdır ki?” - Aşıq Namiq əsəbiləşdi

“Mənə niyə qadağa qoyulmalıdır ki?” - Aşıq Namiq əsəbiləşdi
MAQAZİN
15:31 27.02.2026
517
"Aşıq musiqisi nə vaxtdan bayağı olub? Ona qadağa qoyan ancaq erməni ola bilər".
 
Bu sözləri AZXEBER.COM-a açıqlamasında aşıq Namiq Fərhadoğlu deyib.
 
O, bildirib ki, efir qadağası qoyulması ilə bağlı ona heç bir telekanaldan məlumat verilməyib:
 
"Mən gələn həftə bir neçə kanalda verilişlərə dəvət almışam. Mənə kim, niyə qadağa qoymalıdır ki? Aşıq musiqisi nə vaxtdan bayağı olub? Mən bu günə qədər bütün kanallara dəvət almışam, hörmətlə qarşılanmışam və getdiyim verilişlərdə də ancaq xalq, aşıq mahnıları ifa etmişəm. Olur ki, bəzən popuri də oxuyuruq. Meyxana da bayağı sənətdir? Yox! Aşıq heç vaxt qadağa siyahısında ola bilməz".
 
Aysel Hacızadə

OXŞAR XƏBƏRLƏR