"Mənə pis rəy yazdıranlar elə öz həmkarlarımdır" - Əməkdar artist

"Mənə pis rəy yazdıranlar elə öz həmkarlarımdır" - Əməkdar artist
MAQAZİN
10:54 19.11.2025
100
Əməkdar artist Yusif Mustafayev sözləri ilə diqqət çəkib.
 
AZXEBER.COM xəbər verir ki, "Rəngarəng" verilişində qonaq olan əməkdar artist sosial şəbəkədə saxta profillər açaraq rəy yazan insanlardan danışıb.
 
O, pis rəy yazanların həmkarları olduğunu iddia edib:
 
"Mənə yazırlar ki,"Bu yaşda niyə oxuyursan, get nəvələrinlə oyna. Nə istəyirsən millətdən?". Mən millətimə qurban olaram! Allaha and olsun ki, bu rəyləri yazdıranlar elə bizim öz sahəmizdən olan insanlardır. Bilirlər ki, mən hövsələsizəm, əsəbiləşirəm, ona görə edirlər. İnsanda bir sifət olar. Üzümə tərif deyib, arxamdan pisləməyin. Axı niyə belə edirsiz? Qoyun nə qədər ömrümüz qalıb, həyatımızı yaşayaq".
 
Aysel
OXŞAR XƏBƏRLƏR