“Mənə yazmışdılar ki “Heç sağ-salamat qayıtmayasınız”" – Manaf Ağayev

MAQAZİN
14:01 21.10.2021
1520

Müğənni Manaf Ağayev sosial şəbəkədə təhqir yazan insanlarla bağlı danışıb.

AZXEBER.COM xəbər verir ki, "Həmin Zaur" verilişində danışan M.Ağayuev müğənnilərin ən çox təhqirə məruz qalan peşə sahibləri olduğunu deyib:

"Bir dəfə hava limanında sənət dostlarımızla görüşmüşdük. Başqa şəhərə toya gedirdik. Dedim, gəlin, bir şəkil çəkdirək. Mirələm Mirələmov dedi ki, lazım deyil. Dedim, əşşi nolacaq şəkildir də. Paylaşdım. Bir az sonra Mirələm başqa bir səhifədən bir şərhi göstərdi. Bir nəfər yazmışdı:"Heç sağ-salamat qayıtmayasınız”. Ondan sonra əlimi üzdüm. Rəhmətlik Zöhrə Abdullayevanın oğlu dünyasını dəyişəndəyazmışdılar:"Yaxşı oldu sənə, oğlun öldü. Özündən çox razı idin”. Danışdıqca tüklərim biz-biz olur. Beləsinə nə deyəsən? Mən problemlərimi göstərməyi sevmirəm. Çıxıb efirdə ağlamalıyam ki?! Problemimi özümdə yaşayıram. İnsanlar çox aqressivləşiblər. Hamıya qarşı belə rəylər yazırlar. Söyülməyən müğənni yoxdur, hələ şükürlüsü mənəm. Ölənə qədər də oxuyacağam. Allah mənə səs verib, sənət verib”.

OXŞAR XƏBƏRLƏR