"Mənə yeddi ay vaxt qoydular" - Məşhur stil ikonası ölümcül xəstəliyindən danışdı

"Mənə yeddi ay vaxt qoydular" - Məşhur stil ikonası ölümcül xəstəliyindən danışdı
MAQAZİN
22:09 02.12.2019
4128
34 yaşlı 3 uşaq anası, tanınmış stil ikonası Miroslava Duma ağır xəstəliklə mübarizə aparır.

Moda şərhçisi xəstəliyi ilə bağlı pərəstişkarlarına məlumat verib. O, sosial şəbəkədə etiraf edib ki, həkimlər ona yeddi ay vaxt qoyub və xəstəlik immunitet sistemi ilə əlaqədardır.

Miroslava Duma ilin əvvəlində ona dəhşətli diaqnoz - nadir ağciyər xəstəliyi qoyulduğunu bildirib. Onun sözlərinə görə, bütün həyatı sonsuz bir marafon və yarış içində keçib:

"Mənə yeddi ay vaxt verildi. Bu, dəhşətli idi, amma geriyə baxaraq başa düşürəm ki, son aylar bəlkə də həyatımdakı ən xoşbəxt günlərim olub. Həyatı nə qədər sevdiyimi, dünyanın nə qədər gözəl olduğunu və burada qalmaq istədiyimi başa düşdüm. Sevdiyim insanlarla... Həyatımda ilk dəfə mavi səmanın nə qədər parlaq olduğunu anladım. Və ağacların gözəl yaşıllığı... Sanki başqa bir planetdə yaşayırdım. Yalnız bir gün burada yaşaya bildiyim üçün xoşbəxt oluram. Daha çox şey tələb etmədən və daha sürətli qaçmağa çalışmadan".

Duma qeyd edib ki, özünü sevməyi öyrənmədən cəmiyyətdə təsdiqini istəyib:

"İllərlə özünü tənqid, şübhə, stress, pəhriz, fiziki, zehni və emosional təzyiq immunitet sistemimin zəifləməsinə səbəb oldu. Son dərəcə xəstə oldum. Ancaq bu gün mənim üçün müvəffəqiyyət artıq xarici göstəricilərlə deyil, daxili duyğular, öz sağlamlığım və sevdiyim insanların sağlamlığı ilə ölçülür".

Stil ikonası on ildən çoxdur ki, iş adamı Aleksey Mixeyevlə ailəlidir. Cütlüyün bu nikahından 3 övladı var. Miroslava Duma ilk dəfə Skot Şumanın məşhur bloqunda bir model kimi göründükdən sonra moda tendensiyalarının pərəstişkarları arasında məşhur olub. Miroslava mütəmadi olaraq qlobal moda sənayesini yaradanların siyahısına daxil edilir.
 
///publika.az
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İran XİN: ABŞ Hörmüz boğazında təhlükəsizlik üçün Çindən yardım istəyir
02:17 15.03.2026
İran XİN: ABŞ Hörmüz boğazında təhlükəsizlik üçün Çindən yardım istəyir
ABŞ vətəndaşlıqdan imtina üçün ödənişləri 80 faiz azaltdı
01:34 15.03.2026
ABŞ vətəndaşlıqdan imtina üçün ödənişləri 80 faiz azaltdı
Hansı universitetlər bölgələrə köçürülür? - VİDEO
01:12 15.03.2026
Hansı universitetlər bölgələrə köçürülür? - VİDEO
Bu bürclər xoşbəxtlik gətirir: onların yaxınlığında şanslı bir zolaq başlayır
00:48 15.03.2026
Bu bürclər xoşbəxtlik gətirir: onların yaxınlığında şanslı bir zolaq başlayır
Rüfət Nasosnu "Milyonların şousu"nda bu məbləği QAZANDI - VİDEO
00:36 15.03.2026
Rüfət Nasosnu "Milyonların şousu"nda bu məbləği QAZANDI - VİDEO
Avtomobili yüksək səslə idarə edənləri hansı cəza gözləyir? - VİDEO
00:21 15.03.2026
Avtomobili yüksək səslə idarə edənləri hansı cəza gözləyir? - VİDEO
"Mənim dövrümdə İran çiçəklənəcək" - Rza Pəhləvi
00:08 15.03.2026
"Mənim dövrümdə İran çiçəklənəcək" - Rza Pəhləvi
Naxçıvanda avtomobil su kanalına aşıb, bir ailənin dörd üzvü xəsarət alıb
23:56 14.03.2026
Naxçıvanda avtomobil su kanalına aşıb, bir ailənin dörd üzvü xəsarət alıb
Gürcüstanda azərbaycanlı yeniyetmə boks üzrə ölkə çempionu oldu
23:53 14.03.2026
Gürcüstanda azərbaycanlı yeniyetmə boks üzrə ölkə çempionu oldu
Təbrizdəki yazıçımız: Həmid Herisçinin müharibə gündəliyi – “Sabah bizi də həbs edə bilərlər…”
23:39 14.03.2026
Təbrizdəki yazıçımız: Həmid Herisçinin müharibə gündəliyi – “Sabah bizi də həbs edə bilərlər…”
"Qalatasaray" "Başakşəhər"i məğlub edərək liderliyini möhkəmlətdi
23:21 14.03.2026
"Qalatasaray" "Başakşəhər"i məğlub edərək liderliyini möhkəmlətdi
Daha bir general öldürüldü
23:12 14.03.2026
Daha bir general öldürüldü
“İran ballistik raketlərinin Türkiyəyə buraxılması yerləri müəyyən edilib”
23:07 14.03.2026
“İran ballistik raketlərinin Türkiyəyə buraxılması yerləri müəyyən edilib”
Hakan Fidan İrandan atılan raketlərlə bağlı insidentləri şərh etdi
23:04 14.03.2026
Hakan Fidan İrandan atılan raketlərlə bağlı insidentləri şərh etdi
Raket zərbələri nəticəsində İsfahanda fabrikdə 15 nəfər ölüb
22:54 14.03.2026
Raket zərbələri nəticəsində İsfahanda fabrikdə 15 nəfər ölüb
Pensiya sistemində böyük dəyişikliklər gözlənilir: Yığılan pulla ev almaq və biznes qurmaq mümkün ola bilər
22:49 14.03.2026
Pensiya sistemində böyük dəyişikliklər gözlənilir: Yığılan pulla ev almaq və biznes qurmaq mümkün ola bilər