'Məni Aslan müəllim vəkil etməyib' - İradə Cavadova

SİYASƏT
15:26 13.05.2013
4822
“Aslan İsmailov Vəkillər Kollegiyasının işində yaxından iştirak etmirsə və bu səbəbdən onun qurumdakı fəaliyyətinə baxılırsa, bunu siyasiləşdirməyə dəyməz”.Bu sözləri AZXEBER.COM-a çıqlamasında Vəkillər Kollegiyasının üzvü, hüquq müdafiəçisi İradə Cavadova vəkil Aslan İsmailovun Vəkillər Kollegiyasının üzvülüyündən çıxarılmasına və özünün bu qərarın lehinə səs verməsinə dair məsələyə münasibət bildirərkən belə deyib.Onun sözlərinə görə Aslan İsmailovun olayı siyasiləşdirmək cəhdləri təəssüf doğurur:” Aslan müəllimin dedikləri ədalətli fikirlər deyil. Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvüyəm. Düzdür Rəyasət Heyətində belə bir qərar verilmişdir ki, Aslan İsmailovun Vəkillər Kollegiyasında fəaliyyəti davam etdirilsin, ancaq vəkillikdən xaric edilməsi üçün məhkəməyə müraciət edilsin. Bildiyiniz kimi Vəkillər Kollegiyasının Rəyasət Heyətindən başqa həmdə İntizam Komissiyasıda mövcuddur. Bu mövzu tam olaraq 5 ay bu komissiyada müzakirə olunmuşdur. Aslan müəllim həmin komissiyanın iclasında sözügedən pozuntularla bağlı etiraf etmişdir. Baxmayaraq ki, AZADLIQ radiosunda hadisə tam fərqi təqdim edilsədə, sonradan fərqli yanaşmalar oldu. Olayın bu cür siyasiləşdirilməsinə görə təəssüf edirəm”. İradə Cavadova Aslan İsmailovun bütün vəkilləri qul adlandırmasına kəskin etirazını bildirib.” Aslan müəllim bütün vəkilləri qul adlandırmışdır. Bu məndə çox böyük təəssüf doğurur. Təbii ki, verilən qanun bununla əlaqəli deyildi. Qanun pozuntularına görə etiraf etdiyinə görə qanun bu cür olmuşdur. Qərara gəlincə isə onun fəaliyyətinin dayandırılması müzakirə obyetinə qətiyyən qoyulmayıb. Sadəcə olaraq yeni müqavilələrinin imzalanmasına müvəqqəti qadağalar qoyulub ki, məhkəmənin ədalətli qərarından sonra bu haqda geniş müzakirələr olacaq”.Hüquq müdafiəçisi İradə Cavadova “qul” sözünə açıqlama olaraq isə özünü əsla bu sözə aid görmədiyini bildirib. ”Mən lisenziyalı hüquqşunas olaraq, vəkillər kollegiyasına 2006-cı ildə qəbul olmuşam. Məni Aslan müəllim vəkil etməyib. Onu sözlərinə görə məhz onun Prezidentə müraciətindən sonra qanuna edilən dəyişikliklərdən sonra 300 nəfər “bədbəxt” olan hüquqşunaslar yenidən lisenziya ala bilmişdilər ki, buda çox absurt bir fikirdir. “Fatimə İbrahimova

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

05:57 07.02.2025

BMT USAID-ın bağlanması barədə: ABŞ rəhbərliyi ilə konstruktiv dialoqa sadiqik

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir