Məni bağışla, Allah! - ŞEİR

Məni bağışla, Allah! - ŞEİR
KÖŞƏ
14:02 07.03.2012
4317

Aytən NəsibbəyliBir gün məni bağışla, Allah!

Bir gün

Əgər o gün

Heç kim daha heç vaxt bağışlanmaq istəməsə.

O gün məni xatırla, Allah!

Bir gün məni bağışla, Allah!

Bağışla ki,

Bəlkə mən də

əlindən tutub qaldırım onu.

O öldürdüyüm

Kitablar arasında

Unutduğum qızı.

Bir gün mənə gülümsə, Allah!

Gülümsə ki,

Niyə, nəyə görəəzab çəkdim

Anlayam bəlkə!

Bir çiçək göndər mənə.

Bəlkəən sevdiyin,

Ən ətirlisi.

Görüm aramızdakı fərqi,

Uçurumu.

Ölüm, ölüm, Allah

Gündə min kərə,

Milyon kərə.

Bir yağış istəyirəm

Səndən

Damlasında əriyim,

Əriyim yox olum deyə.

Qarışım bu şəhərin

Bu çirkab,

Bu kirli sularına mən.

Kim deyir

Onlardan daha

Təmizəm mən?

Bir gün məni bağışla, Allah!

Bir gün

Əgər nə vaxtsa mən özümü bağışlaya bilsəm!

Unut məni, Allah!

OXŞAR XƏBƏRLƏR