"Xankəndidəki çıxışım bəzilərini çox əsəbiləşdirib. Deyirlər o niyə orada səhnəyə çıxıb. Məni elə böyük səhnələrdə daha çox görəscəksiniz, əsəbləşməyin..."
AZXEBER.COM xəbər verir ki, bunu açıqlamasında müğənni Türkan Vəlizadə deyib.
"Tarixin bir günü" verilişində qonaq olan Türkan repertuar dəyişimindən sonra sənətkarların ona münasiətindən danışıb:
"Bu gün dəstəyin ən böyüyünü xalq və əməkdar artistlərindən görürəm. Sənətdən başı çıxan insanların dəstəyi çox dəyərlidir. Xankəndidəki çıxışım bir çoxlarını əsəbləşdirmişdi, deyirlər o niyə orada səhnəyə çıxıb. Məni elə böyük səhnələrdə daha çox görəscəksiniz, əsəbiləşməyin. Lalə Məmmədova mənə çox gözəl səs yollamışdı, ona dəstəyi üçün təşəkkür edirəm".
Aysel








































