Rusiyanın xalq artisti Aleksandr Kalyaqin öz şəxsiyyətinin təriflənməsinə qarşıdır. “Məni böyük, dahi, misilsiz adlandırmaq lazım deyil, mən bunu sevmirəm. Mən sadəcə aktyor, rejissor, Rusiyanın Teatr Xadimləri İttifaqının sədri, "Et Cetera" teatrının bədii rəhbəriyəm”. Bu barədə cümə günü Rusiyanın xalq artisti Aleksandr Kalyaqin bildirib. Kalyaqin qeyd edib ki, Azərbaycana səfərinə görə çox xoşbəxtdir, çünki onun üçün Azərbaycan doğma yerdir: “Mənim burada çox dostum var, lakin təəssüf ki, onlarla tez-tez görüşmək imkanım yoxdur". Cəmiyyətin mənəvi inkişafı haqqında suala cavab verərək, artist bildirib ki, mədəniyyətin istənilən dövlətdə dəstəyə ehtiyacı var, o, millətin mənəvi inkişafına cavabdehdir, bu həm xırda şeylərə, həm də yüksək mənəvi dəyərlərə aiddir. "Biz kapitalist inkişaf yoluna çıxdıqdan sonra dövlət teatrlara görə məsuliyyəti öz üzərindən götürüb. Teatr qarşısında çətin zamanlarda məhv olmamaq barədə məsələ yarandıqda, kiçik tamaşalar qoymalı olur”, - deyə o vurğulayıb. Xalq artisti qeyd edib ki, nə Azərbaycanda, nə də Rusiyada "Mesenatlıq haqqında", "Teatr haqqında" qanun yoxdur, bu isə pisdir: "Teatrlar bu gün birdəfəlik ifa hücumuna müqavimət göstərir, teatrda bayağılıq və darıxdırıcılıqdan başqa hər şey ola bilər. Mən Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəz Qarayevlə görüşdüm, biz birgə layihələrin, qarşılıqlı qastrolların reallaşdırılması imkanını müzakirə etdik, bunu mütləq reallaşdıracayıq. Həm sizin, həm də bizim teatr sahəsində problemlərimiz var", - deyə A. Kalyaqin qeyd edib. Aktyor bildirib ki, nə planlaşdırılsa belə, bunu istedad və ağıl olmadan reallaşdırmaq mümkün deyil. Kinoda rollar haqqında jurnalistlərin sualını şərh edərək, artist cavab verib ki, təkliflər bu gün də daxil olur, "lakin mən kinonun kimin çəkdiyini, nədən olduğunu görəndə, anlayıram ki, çəkilməyə razılaşa bilmərəm ”, - deyə o bildirib. Kalyaqin qeyd edib ki, əgər İbrahimbəyovlar qardaşları tərəfindən kinoda çəkilmək təklifi daxil olarsa, o mütləq razılaşacaq. Azərbaycan aktyorlarının Zveniqorodda yay teatr məktəbində iştirakı haqqında sualına cavab verərək, o bildirib ki, Azərbaycandan olan aktyorlar məktəbin işində iştirak edib. "Bir ay ərzində onlar orada məşğələlər keçirlər, korifey aktyorların dərs dediyi master klaslarda iştirak edirlər". Onun sözlərinə görə, ayın sonunda iştirakçılar Moskva və Zveniqorod üzrə üç tamaşa göstərəcək.
İnterfax-Azərbaycan