"Məni ev yıxan qadın kimi tanıyırlar" - Aysel

"Məni ev yıxan qadın kimi tanıyırlar" - Aysel
MAQAZİN
12:40 11.07.2025
217
"Əgər bir qadın həyatına girdiyi kişinin həyatını dağıdırsa, ailəsini dağıdırsa, deməli bu bir plandır".
 
AZXEBER.COM xəbər verir ki, bu sözləri müğənni Aysel Əlizadə deyib.
 
Jurnalist Türkan Məmmədlinin "Çərçivədən kənar” layihəsində qonaq olan sənətçi illər öncə gündəmə gəldiyi evli şəxs ilə münasibətdə olması haqda yayılan xəbərlərə ilk dəfə açıqlama verib:
 
"Əgər bir qadın həyatına girdiyi kişinin həyatını dağıdırsa, ailəsini dağıdırsa, deməli bu bir plandır. Dəfələrlə bunu görmüşük də, eşitmişik də. O məsələdə bir tərəf ev istəyirdi, bir tərəf də reytinq. Hər ikisi də əldə olundu. O xanım ərindən bir il öncə boşanıb, daha sonra ev almaq üçün verilişə çıxıb dedi ki, Aysel həyatımı dağıdıb. Olan mənə oldu, hər kəs məni ailə dağıdan, ev yıxan biri kimi gördü. Əgər belə bir şey var idisə, indi mən həmin bəylə ailəli olmalı idim. Kiminsə ailəsini dağıdıramsa, mən ailə qurmalı idim. Amma ortada belə bir şey yox idi".
 
Aysel
 

 

 

OXŞAR XƏBƏRLƏR