Balaəli: Məni görəndə insanların yadına meyxana düşür

Balaəli: Məni görəndə insanların yadına meyxana düşür
MAQAZİN
11:35 09.09.2025
181
Meyxanaçı Balaəli "Xəzər axşamı" verilişində qonaq olub.
 
AZXEBER.COM xəbər verir ki, o, iddialı açıqlamaları ilə diqqət çəkib.
 
Balaəli bildirib ki, zaman-zaman mahnı ifa etsə də, özünü meyxana aləmində daha üstün görür:
 
"Məni meyxana ilə tanıyıb, sevib, belə də qəbul ediblər. İnsanlar məni hardasa görəndə yadlarına meyxana düşür. Bu da çox gözəldir. Mən ara-sıra mahnı da oxuyuram. Amma mən meyxanaçı kimi daha öndəyəm. Müğənni olmadığım üçün o janrda bir addım geridəyəm. Allah qismət etsə, o sahədə də irəliləyərik. Amma mən meyxana ilə yaşayıram. Mahnıları da meyxanadan gələn təblə yazıram".
 
Aysel
OXŞAR XƏBƏRLƏR