"Məni kimsə deputat kimi görürsə, bu, ən böyük xoşbəxtlikdir" — Baş redaktor

MEDİA
20:09 09.12.2019
3678

"Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev demokrat.az-ın sualını cavablandırıb.

 

Onun qarşıdan gələn parlament seçkilərində iştirak etmək istəyi barədə fikirlərini oxuculara təqdim edirik: 


— Çox fəal siyasi fəaliyyətiniz, seçkilər zamanı xarici təşkilatların misiyalarının mənfi rəylərinə reaksiyalarınız və mühacirlərin hakimiyyətə qarşı söyüşlərinə verdiyiniz cavablar ictimai rəydə belə təəssürat yaradır ki, qarşıdan gələn parlament seçkilərində sizin adınızın da YAP-ın siyahısına salınacağı güman olunur. Növbəti parlament seçkilərində iştirak etmək şanslarınızı necə dəyərləndirirsiniz?


— Bəli, verdiyiniz sual doğrudur, mən ölkəmizə qarşı ədalətsiz mövqeyə, ikili standartlara qarşı həmişə sərt və açıq münasibət bildirmişəm. Bu 2005,  2008, 2013, 2018-ci ilərdə seçkilərdə müxtəlif beynəlxalq təşkilatların müşahidə missiyalarının qərzli bəyanatları ərəfəsində bir daha təsdiqləndi və bundan sonra da ölkəmizə qarşı hər hansı şantaj, qarayaxma olarsa ondan daha sərt mövqe bildirəcəyəm. 


Eyni zamanda xaricdən dövlətimizə və  iqtidara qarşı təşkil olunan  təhqir kampaniyasına qarşı da qəti mövqeyimi ortaya qoymuşam.  Baxmayaraq ki, bu mövqeyimlə əks tərəfin mənə qarşı mənəvi terroruna məruz qalmışam. Amma bu təzyiq və hücumlar məni öz mübarizəmdən, əqidəmdən döndərməyim. 


YAP-ın Təşviq Qrupunun üzvü kimi də 2005-ci ildən bütün seçkilərdə kəndlərdə, rayonlarda, şəhərlərdə çoxsaylı görüşlər keçirmişəm və YAP- ın  namizədərinin təşviqatını aparmışam. Əgər ictimai rəydə məni kimsə Milli Məclisin deputatı kimi görürsə, bu, ən böyük xoşbəxtlikdir. Çünki, bu cəmiyyətin dövlətçilik fəaliyyətimə verdiyi dəyərdi. 


Konkret Parlament seçkilərində  namizədliyimə gəldikdə isə mən YAP-ın üzvüyəm və bu məsələ də YAP-ın qərarından asılıdır.

OXŞAR XƏBƏRLƏR

X Mostbet