Keçmiş aparıcı Günel Hümbətova ərindən gileylənib.
AZXEBER.COM-un məlumatına görə, hazırda Amerikada yaşayan Günel bildirib ki, əri şəkil çəkə bilmir:
"Dünyanın ən pis fotoqrafı mənim həyat yoldaşımdır. Üsyan edirəm artıq. Sevgilim şəkil çəkə bilmir. Öyrənmək də istəmir. Belə olmaz. Bir çox mövzularda məni qane etmək çox çətindir. Xasiyyətimi Allah kəssin".
Qeyd edək ki, Günel Amerikada yaşayan azərbaycanlı Firuz Soliyevlə ailəlidir. Cütlüyün bir qız övladı var.