Məşhur türkiyəli müğənni Yıldız Tilbe sosial şəbəkə hesabında vaksinlə bağlı paylaşım edib.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, müğənni "Niyə qorumayan bir peyvəndi vurdurmalıyam?" yazıb.
Paylaşıma reaksiya verən izləyiciləri mövzunun mütəxəssislər tərəfindən müzakirə edilməsinin lazım olduğunu vurğulayıblar. Bəziləri isə bu paylaşıma görə onu təhqir edib.
Müğənni bildirib: "Niyə sübut edilməmiş, istehsalçıların belə məsuliyyət daşımadığı və bir şey olarsa, bizim məsuliyyət daşımadığımız bir peyvəndi vurmalıyam? 4 peyvənd təsir etmirsə, 44 peyvənd vurulmalıdırmi?"
Həmçinin sənətçi xəstəlikdən qorxmadığını və ölümə belə hazır olduğunu qeyd edib.
"Ölsəm ölərəm, bir gün hamımız öləcəyik. Ölümsüzlük peyvəndi tapmış kimi davranırlar. Heç kim qalmayacaq, heç kim, hamı bir gün öləcək".
Mikayıl Mirzəzadə