"Məni sevənlər ziyalı təbəqədir"

"Məni sevənlər ziyalı təbəqədir"
MAQAZİN
10:31 24.02.2026
270
Aparıcı Saleh Bağırov "Mədəni şou" verilişinin qonağı olub.
 
AZXEBER.COM xəbər verir ki, o, peşəsinə olan sevgisindən danışıb.
 
"Efir o qədər müqəddəs məkandır ki, mən orda artıq hərəkət etməyi özümə bağışlaya bilmərəm. Hər hansı bir jest belə düz olmayanda çox təəssüf hissi yaşayıram. Allaha şükür olsun ki, mənim olduğum mühit bazardan uzaq oldu. Ona görə də mən səliqəli, sözünü bilən aparıcı kimi formalaşdım. Mənim qabağıma doğru insanlar çıxdı. O bazar mühitinə düşsəydim bəlkə mən də elə olardım. Bunda mənim çalışdığım qurumun da rolu var. Hər ikimizin maraqları üst-üstə düşür.
 
Müəyyən məsələlər var ki, bazar tələbinə uyğun aparıcılar məndən daha öndədirlər. Amma o mənəviyyat, dəyərlər, ziyalı kütləsi o milyonlara dəyən təbəqədir. O mühit mənim formalaşmağıma və xalqa doğru xidmət etməyimə zəmin yaratdı. Mən işimi sevdiyim üçün bu peşədəyəm. Ona bazar və pul qazanmaq kimi baxmıram. Mənə də pul və bəzi şeylər lazımdır, ehtiyaclarım var. Amma mən müqəddəsliyi daha əsas tuturam"- deyə, aparıcı qətiyyətlə bildirib.
 
Aysel
OXŞAR XƏBƏRLƏR