‘Mənim fikirlərimlə Azərbaycan əhalisinin 99%-i razılaşar’ – Nürəddin Mehdixanlı

‘Mənim fikirlərimlə Azərbaycan əhalisinin 99%-i razılaşar’ –  Nürəddin Mehdixanlı
12:17 11.02.2013
1627

“Əkrəm Əylislinin bu əsəri Azərbaycanın bu günü və sabahı üçün çox zərərli və ziyanlı əsərdi”

Bu sözləri AZXEBER.COM-a açıqlamasında Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktyoru, xalq artisti Nurəddin Mehdixanlı İTV-də Əkrəm Əylislinin “Daş Yuxuları” əsəri ilə bağlı söylədiyi fikirlərə əlavə olaraq söyləyib. Aktyor, verilişdə söylədiyi fikirlərə əlavə bir fikir söyləməyin əlehinə olduğunu ancaq bir daha həmin məlum əsərin Azərbaycanın gələcəyi üçün zərərli və ziyanlı bir əsər kimi gördüyünü bildirib:

“Mən o verilişdə öz şahidi olduğum hadisələr haqqında danışmışam. Mənim fikirlərimlə Azərbaycan əhalisinin 99%-i razılaşar. Və heç kəs mənim fikirlərimi dəyişə bilməz. Mən sənəd adamıyam və düşündüyüm şeyləri deyə bilirəm. Gözlərinin önünə Mübarizi, Fəridi gətirsinlər və səmimi fikirlərini insanlarla bölüşsünlər. Mən yenə deyirəm ki, Əkrəm Əylislinin bu əsəri Azərbaycanın bu günü və sabahı üçün çox zərərli və ziyanlı əsərdi”.

Əfsələddin Ağalarov

OXŞAR XƏBƏRLƏR